Xəbərlər / Ekspert
03 iyun 2022
929


Dövlət imtahanın ləğvi məsələsini gündəmə gətirmək doğru deyil


Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.


Təhsil Nazirliyi ali məktəblərdə yekun dövlət imtahanının ləğvi ilə bağlı təkliflərə münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu məsələ müvafiq normativ aktlarla tənzimlənir. “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib: 


“Sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib.

Xatırladaq ki, pandemiya ilə əlaqədar iki il ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib.


Məsələ barədə danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilovun fikirlərinə görə, dövlət imtahanın ləğvi məsələsini gündəmə gətirmək doğru deyil:


"Tələbə müəyyən müddət ərzində universitet oxuyur. Necə oxuyub, dərslər necə keçib, nə qazanıbsa, yoxlanılmalıdır. Yəni tələbə başa vurduğu mərhələnin hesabatını verməlidir. 

Azərbaycan Dillər Universitetinin rektorluğu məsələ qaldırmışdı ki, dövlət imtahanı ləğv olunsun, əvəzində tələbələr hesabat hazırlasınlar. Bu da narazılıqla qarşılandığı üçün gerçəkləşmədi. Tələbə 4-5 il bakalavrda oxuyubsa, nə hesabat verəcək? “Kitabxanaya getdim, filan kitabı oxudum, bufetdə oturdum” ".

Təhsil ekspertinin qənaətincə, tələbəyə müəyyən güzəştlər edilməlidir:

"Dövlət imtahanı keçirilməlidir. Pandemiyaya görə, dərslər distant oldu. Onlayn dərslər  istənilən effekti vermədiyi üçün tələbələr müraciət ünvanladılar. Prosesə uyğun dövlət imtahanının ləğvini nəzərə almaq mümkün idi.

Prezident də, Nazirlik də dəfələrlə bildirib ki, pandemiya şəraitində yaşananlar təhsil alanların xeyrinə hesablanmalıdır. Dövlət imtahanları yaxınılaşır deyə, tələbələr müəyyən narahatlıq duyurlar.  Amma dövlət imtahanının ləğvini məqbul saymıram. Dövlət imtahanını ləğv ediriksə, qəbul imtahanı nəyə lazımdır? Həm şagird, həm də tələbə nailiyyətlərinin yekun attestatiyası deyilən bir anlayış var. Tələbənin oxuduğu dövrdəki fəaliyyəti qiymətləndirilməlidir.


İndi müxtəlif elanlar qarşımıza çıxır: 


" "X” universitetinə attestatsız qəbul". Xarici təsirlər nəzərə çarpır. İmtahanlar ağır keçirilir, sadələşdirilməlidir. Lakin imtahanın ləğvindən söhbət gedə bilməz. Biz buna hazır deyilik. Bu gün üçün dövlət imtahanlarının ləğvi aktual sayılmamalıdır". Sherg.az  


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Nazirlər Kabineti Ali təhsil pilləsinin dövlət standartı və proqramına dəyişiklik edib

Nazirlər Kabineti Ali təhsil pilləsinin dövlət standartı və proqramına dəyişiklik edib

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət imtahanının ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət imtahanının ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət