Hazırda Azərbaycan Demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
1918-ci il 28 may bu gün bizim xalqımız üçün tarixi bir gündür.Bu gün ilk demokratik Azərbaycan Respublikasının yarandığı gündür.Biz bu gün 28 May Respublika gününü ötən illərdəkindən daha qürurla ,daha möhtəşəm keçiririk.
İlk Azərbaycan bayrağının səmalarda dalğalandığı gün .Bu gün belə bir şüarla yadda qalmışdır "Bir kərə yüksələn bayraq bir daha enməz " .İlk dəfə bu şüar M.Ə.Rəsulzadəyə məxsus olmuşdur.Bu şüar hələdə bizim dilimizdə əzbər olaraq qalıb və çox sevə-sevə səsləndiririk.
Qanı -canı türk olan hər bir kəs üçün ən müqəddəs ,ən əziz ,ali anlayış yurd,Vətən,torpaq anlayışıdır.Torpağını sevən insan onu qorumağı da bacarmalıdır.Necə ki ,biz bunu 44 günlük apardığımız Qarabağ savaşında sübut etdik.
Azərbaycannın müstəqilıiyini gözü götürməyən qüvvələr ... qürurla ,fəxrlə dalğalanan bayrağımıza mənfur ,məkirli gözlə baxırdılar.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu.
Hazırda Azərbaycan Demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
Müstəqillik hər bir xalqın ən böyük arzusudur.Azad xalqın qurduğu müstəqil dövlətin əsas rəmzlərindən biri isə onun bayrağıdır.İndi paytaxtımızın hansı guşəsindən baxsanız mavi gözlü Xəzərin sahilində Azərbaycan Respublikasının dövlət bayrağını görə bilərsiniz.
Xalqımızın azadlıq və müstəqillik tarixinə qızıl hərflərlə həkk edilmiş 1918-ci il 28 May tarixi hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür.
Demoktarik və Müstəqil ölkə günü-gündən ucalan və çiçəklənən Vətənimiz Azərbaycanımız Respublika Günün mübarək!
Sen gönderdin
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Səfərova Pərvanə