Xəbərlər / Müəllim
25 may 2022
179

"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsi yekunlaşıb


Cari ilin 18-24 may tarixlərini əhatə edən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində bu il seçilən "Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqrama yekun vurulub. Proqram Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilib. 


     Proqramın məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi və bu sərəncama əsasən Azərbaycan və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhərinin bu il 270 illik yubileyinin qeyd olunması məqsədi ilə milli-mədəni və tarixi irsimizin təbliğ olunması, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik qəhrəmanlığını, vətənpərvərliyini, fədakarlığını, milli-mənəvi dəyərlərə bağlılığını təbliğ etmək, Şuşada və Bakı  şəhərində  fəaliyyət  göstərən bir sıra tarixi abidələrin və muzeylərin  kolleksiya fondu ilə tanış  etməkdən ibarət olub.


     Proqram çərçivəsində may ayının 18-24 tarixləri arasında hər gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşa  qalasına,  Bülbülün ev-muzeyinə (Şuşa), Heydər Əliyev Mərkəzinə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinə, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinə, Azərbaycan Hərb Tarixi Muzeyinə, Azərbaycan Musiqi  Mədəniyyəti Dövlət Muzeyinə, Tusi-Bohm Planetariuma,  Üzeyir Hacıbəyovun ev-muzeyinə, Bülbülün ev-muzeyinə, Qara Qarayevin ev-muzeyinə ekskursiyalar təşkil edilib.


Muzey həftəsi ərzində şagirdlərə muzeylərin bələdçiləri tərəfindən qorunan və ekspozisiyada nümayiş olunan eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib.    


     Bu il keçirilən Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqramda ümumilikdə Bakı şəhəri ilə yanaşı Respublikanın digər regionlarında fəaliyyət göstərən ümumtəhsil müəssisələri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin 11000-dən çox şagirdinin ekskursiyalarda iştirakı təşkil edilib.


     Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə “Muzey həftəsi” keçirilir.













Загрузка...
loading...

Həmçinin oxuyun:
"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib

"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları