Məktəbdə qızlara narkotik paylayırlar? - Sən köksən, bunu iç, arıqla...
Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox "şüşə", "patı" təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.
AzTehsil.com bakupost.az istinadən bildirir ki, övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına "patı" verildiyini iddia edir.
O, övladına bir qadının bu maddəni verdiyini deyib: "Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, "sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan" deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar".
Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: "Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, iddialar araşdırılır: "Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək".
Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi
Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ
Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları
Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu
Sual:Evdə təhsil necə təşkil olunur?
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu
Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO
Narkotik Təsiriylə Yaradılmış 10 Məşhur Əsər
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB
QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında
2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları
Beynəlxalq Qadınlar Günü
Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.