AzTehsil.com


Xəbərlər
08 may 2017
3 812


DİM: X sinif dərsliklərində səhvlərə yol verilib



DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

 

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.
 
Aztehsil.com xəbər verir ki, Mərkəzdən Modern.az-a verilən məlumata görə, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.
 
Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri "ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb.
 
Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.



Загрузка...