Xəbərlər
16 may 2022
361

Apellyasiya Komissiyası 668 şagirdin qiymətində dəyişiklik edib

5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib.

 Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 7 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.

Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1145424 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 2.03%-ni təşkil edir.

Daxil olan bütün müraciətlər araşdırılmış və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2114 nəfərlə video görüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 3621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılmışdır. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb. Onların bəzisi dəfələrlə edilən zənglərə cavab verməyib, bəzi telefon nömrələrinə zəng zamanı “nömrə təyin edilməyib” bildirişi gəlib, bəzi nömrələrin isə apellyasiyaya müraciət edən şəxslərə heç bir aidiyyəti olmayıb. Bununla belə, həmin şəxslərin də ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilmişdir.

Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

12-13 mart tarixində keçirilmiş imtahanlarla bağlı qeyd edə bilərik ki, artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftə sonundan etibarən təşkil edilməyə başlanılacaq. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək.

3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq.

Загрузка...
loading...

Həmçinin oxuyun:
DİM: Apelyasiya Komissiyası 800-dən çox şagirdin qiymətlərini araşdırıb

DİM: Apelyasiya Komissiyası 800-dən çox şagirdin qiymətlərini araşdırıb

DİM–in Apellyasiya Komissiyası 261 yazı işində düzəliş edib

DİM–in Apellyasiya Komissiyası 261 yazı işində düzəliş edib

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

DİM Apelyasiya komissiyasının məlumatı açıqlanıb

DİM Apelyasiya komissiyasının məlumatı açıqlanıb

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM bu abituriyentlərə müraciət edib

DİM bu abituriyentlərə müraciət edib

Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək

Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı onlayn apellyasiya təşkil ediləcək

Kollec şagirdlərinin imtahan nəticələri AÇIQLANDI

Kollec şagirdlərinin imtahan nəticələri AÇIQLANDI

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

DİM İmtahanlarla bağlı müraciətlərə baxılması üçün apellyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

DİM: Buraxılış imtahanılarının nəticələrindən narazı qalan 5905 şagird qeydiyyatdan keçib

DİM: Buraxılış imtahanılarının nəticələrindən narazı qalan 5905 şagird qeydiyyatdan keçib

Fevralın 24-dən etibarən DİM apellyasiya təşkil edəcək

Fevralın 24-dən etibarən DİM apellyasiya təşkil edəcək

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

BŞTİ -də onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

BŞTİ -də onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

İmtahan nəticələri açıqlandı: 15 nəfər qayda pozdu, 300 bal yığan olmadı

İmtahan nəticələri açıqlandı: 15 nəfər qayda pozdu, 300 bal yığan olmadı

Apellyasiya müsahibələri keçirilir

Apellyasiya müsahibələri keçirilir

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

Qəbul imtahanlarının nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı