11 min ibtidai sinif müəlliminin qiymətləndirilməsi aparılacaq - RƏSMİ + VİDEO
“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”.
Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O bildirib ki, sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq:
“Avqustdan test imtahanını keçirməyi düşünürük. Mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlbi planlaşdırılır”.
https://www.youtube.com/watch?v=jBnZMOuhRwY&feature=emb_logo