Xəbərlər
10 may 2022
1 103


12-14 mayda Şuşada V Xarıbülbül Festivalı keçiriləcək


Mayın 12-dən 14-ə qədər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.


 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib. 1989-cu ildə baş tutan I festival Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunub.


Festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan SSR, Qazax SSR, Başqırd MSSR, Litva SSR və Belarus SSR-dən musiqi kollektivləri də təmsil olunub. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydanında tikilmiş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.


1990-cı ildən “Xarı Bülbül” festivalı beynəlxalq status alıb. Buraya Hollandiya, Almaniya, İsrail, Türkiyə kimi xarici ölkələrdən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsertlərin Ağdam ərazisində təşkil olunmağa başlayıb, eləcə də Bərdə və Ağcabədidə də bəzi konsertlər baş tutub. Ümumilikdə festivalda dünyanın müxtəlif ölkələrindən 170-ə yaxın insan iştirak edib.


3-cü festival 1991-ci ildə keçirilib. Bu tədbirdə 25 ölkədən 300-ə yaxın insan iştirak edib. Əvvəlki illərin iştirakçı ölkələri sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə edilib. Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda da konsertlər baş tutub.


II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.


2021-ci ildə mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış edib.Oxu.Az  

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

“Şuşa ili” ilə bağlı tədbirlər müəyyənləşdirilib

“Şuşa ili” ilə bağlı tədbirlər müəyyənləşdirilib

Şuşada Vaqif Poeziya Günləri başlayır

Şuşada Vaqif Poeziya Günləri başlayır

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Beynəlxalq Uşaq Festivalı ilə bağlı onlayn görüş

Beynəlxalq Uşaq Festivalı ilə bağlı onlayn görüş

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

Bakı məktəbliləri beynəlxalq festivalda

Bakı məktəbliləri beynəlxalq festivalda

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Monteneqroda tənbəllik festivalı: Ən çox yatan qazanır

Monteneqroda tənbəllik festivalı: Ən çox yatan qazanır

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb