AzTehsil.com


Xəbərlər / Müəllim
05 may 2022
1 123


Təhsilə qoyulan kapital Azərbaycanın daha uğurlu gələcəyinə xidmət edir




"Hər bir ölkənin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğu danılmaz həqiqətlərdəndir. Odur ki, təhsilə qayğı daha etibarlı və işıqlı gələcəyi təmin edən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil sistemində islahatların aparılması zərurəti ortaya çıxdı. Dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri məhz ölkədə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun təhsil sisteminin qurulması idi. Əlbəttə ki, təhsil infrastrukturunu yeniləmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan bu məqsədlərə nail olmaq mümkün deyildi. Hələ 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında ümummilli lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılmasının ən prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırmışdı. Həmin qurultayda iş adamlarına bu məsələ ilə bağlı çağırış edən Ulu Öndərin bu təşəbbüsündən sonra sözügedən sahəyə diqqət əhəmiyyətli şəkildə artmağa başladı. Həm dövlət təşkilatlarının vəsaitləri, həm beynəlxalq təşkilatların qrant və kreditləri, həm də iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə start verildi, ölkənin müxtəlif regionlarında yeni məktəb binaları inşa edildi. Ölkədə təhsil strategiyasının uğurlu davamı olaraq hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrıldı".


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.  


O bildirib ki, Dövlət Proqramından irəli gələrək ölkədə təhsil infrastrukturunun təkmilləşdirilməsi, ən ucqar bölgələr də daxil olmaqla təhsil müəssisələrinin əsaslı şəkildə bərpası və yenidən qurulması geniş vüsət almağa başladı. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2003-cü ildən bu günədək 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Proses bu gün də uğurla davam etdirilir. Xüsusi olaraq qeyd etməliyik ki, Ümummilli Liderin ideyalarına söykənən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz sanballı töhfəsini verən, Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətlərə malik olan Heydər Əliyev Fondu bu sahədə ən uğurlu layihələrə imza atdı. İctimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirən Fondun qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz Azərbaycan təhsilini çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bu məqsədlə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirən Fond ölkədə müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və s. sahələrdə çoxsaylı uğurların təşəbbüskarıdır. Layihənin əsas amalı təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdır. Belə uğurlu addımlardan daha biri bir neçə gün bundan öncə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirakı idi. Düşünürük ki, bu, həmin ərazinin sakinləri, xüsusən uşaqlar üçün ən dəyərli bayram hədiyyəsi oldu. Çünki hər bir şagirdin haqqıdır ki, rahat, əlverişli şəraiti olan bir məktəbdə təhsil alsın. Bu, həmçinin dövlət başçımızın və birinci xanımın ümumilikdə təhsil ictimaiyyətinə töhfəsidir.


Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa olunub. 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan zaman Birinci vitse-prezident Mehriban Əliyeva sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq yeni məktəb binasının tikintisinə göstəriş vermişdi. Açılışı gerçəkləşən 960 şagird yerlik 304 nömrəli bu yeni məktəb qəsəbənin məktəbyaşlı sakinlərinin yeni təhsil həyatı üçün ən dəyərli hədiyyədir.


“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təhsilə yönələn diqqət və qayğısının nə qədər ali məqsəddən qaynaqlandığını hər kəs bilir. Xalqın və dövlətin gələcəyi baxımından belə nəcib təşəbbüslərin, məqsədyönlü addımların necə böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağı zəruri hesab edirik. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində bərqərar olduğu heç kəsə sirr deyil. Yeni dünya ilə ayaqlaşan bir təhsil sisteminə nail olmaq, gənc nəslin təlim-tərbiyəsini yüksək səviyyədə təşkil etmək, bu günün şagirdinin sabahın layiqli vətəndaşı kimi yetişməsi yolunda görülən məqsədyönlü işlərin müsbət nəticə verəcəyinə hamımız inanırıq. İnanırıq ki, təhsilimizə qoyulan kapital Azərbaycanın daha uğurlu gələcəyinə xidmət etməklə, dövlətimizin təhsil işçilərinin qarşısında qoyduğu məqsədlərə çatmaqda həlledici vasitələrdən birinə çevriləcək”,- deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.




Загрузка...
Həmçinin oxuyun:
Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Kamilə Əliyeva: “Təhsil ölkə başçısı üçün prioritet məsələlərdən biridir” - RƏY

Kamilə Əliyeva: “Təhsil ölkə başçısı üçün prioritet məsələlərdən biridir” - RƏY

İlham Əliyev Masazırda məktəb açılışında olub

İlham Əliyev Masazırda məktəb açılışında olub

“Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir" - İlqar Orucov

“Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir" - İlqar Orucov

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Ölkədə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər genişləndirilir - YENİLİK

Ölkədə həssas qruplardan olan uşaqlarla bağlı sosial xidmətlər genişləndirilir - YENİLİK

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verildi

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verildi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Sabunçu rayonunda məktəbin açılışında

Prezident İlham Əliyev və Mehriban Əliyeva Sabunçu rayonunda məktəbin açılışında

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !