Ölkədəki məktəb və tələbələrin sayı açıqlanıb
“Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var. 1970-ci illərdə bu rəqəm 765 olub”.
Bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsil sahəsində apardığı islahatlar nəticəsində 70-ci illərin sonuna qədər Azərbaycandakı məktəblərin sayı 2117-yə çatıb: “Həmçinin, ali təhsil alanların sayı 70 mindən 100 minə çatıb. Hazırda 200 mindən artıq tələbə müxtəlif təhsil pillələrində təhsil alır və onların cəmi yarısı ödənişli əsaslarla oxuyur”.