AzTehsil.com
RU


Xəbərlər / Müəllim
29 aprel 2022
1 499


“Elə uşaq var ki, ona idman etmək olmaz” - Məktəblilər arasında qəfil ölüm halları niyə artıb? - ARAŞDIRMA




Son vaxtlar məktəblilər arasında qəfil ölüm halları artıb. Ölüm səbəbi isə ani ürəktutma kimi qeyd edilir. Bu səbəb özü-özlüyündə ciddi narahatlıq doğurur.


Məktəbli yaşında uşaqlarda nə qədər ağır ürək problemi ola bilər ki, onları həyatın ən şirin çağlarında dünyadan ayırsın? Həkim konsultasiyaları ilə yanaşı, təhsil müəssisələrində məktəblilərdən sağlamlıq haqqında arayış da tələb olunur. Bəs bu arayışın məzmunu nədir? Bəlkə, həmin sağlamlıq haqqında arayışlar pulla alındığı üçün uşaqların problemləri aşkarlanmır?


Bu gün mövcud məsələ ilə bağlı cəmiyyətdə ciddi narahatlıq var. Bu istiqamətdə hansı tədbirlərin görülməsi problemin aradan qaldırılmasına səbəb ola bilər?


Dərs yükü, imtahan stressi, həyəcan və gərginlik uşaqların sağlamlığında ciddi problemlər də yarada bilər.


Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, şagirdin ölüm xəbərini eşitmək ağırdır:


“Övlad itkisi həm valideyn üçün, həm cəmiyyət üçün ağır hadisədir. Son vaxtlar müxtəlif səbəblərdən şagirdlər arasında ölüm halları baş verib. Əksəriyyətinin isə ürəktutmasından öldüyü barədə məlumatlar oxuyuruq. Valideynlər uşaqlarının sağlamlığı haqda məlumatları dəqiqləşdirməli və aidiyyəti üzrə düzgün formada çatdırmalıdırlar. Hər bir məktəbin öz həkimi olur və sağlamlıq haqqında məlumatlar arayış formasında onlar tərəfindən saxlanılır.


Bununla yanaşı, məktəblərdə sinif rəhbərləri də öz siniflərində olan şagirdlərin sağlamlıq durumu haqda məlumatlı olmalıdırlar. Uşaqda nevroloji, ürək tutması, epilepsiya, astma kimi xəstəliklər ola bilər. Buna görə valideynlər məlumatları doğru verməlidirlər ki, məktəbdə şagirdlərin sağlamlıq durumlarına nəzarət də müvafiq qaydada diqqətdə saxlanılsın”.


Sağlamlıq haqqında arayışların pulla alınması barədə iddialara toxunan K.Əliyeva irəli sürülən fikrin əsaslandırılmasının önəmli olduğunu deyib:


“Əgər bir fikir irəli sürülürsə, faktlar olmalıdır. Arayışların pul ilə verilməsini sübut edən dəlil olduqda hansısa fikir bildirmək olar. Sadəcə fərziyyə üzərindən danışmaq doğru deyil. Amma sübuta yetirilən fakt varsa, cinayətdir. Hüquq-mühafizə orqanlarına məlumat verilməli və araşdırılmalıdır. Bu kimi halların təkrarlanmaması üçün də qanun çərçivəsində zəruri tədbirlər görülməlidir. Bu gün şagirdlərin qəfil ölümləri ilə bağlı hadisələr kütləvi hal almayıb. Lakin bir şagird ölümü belə, çox üzücüdür.


Milli Məclisin istər plenar, istərsə də komitə iclasında cəmiyyəti narahat edən bütün məsələlər müzakirə edilir və önə çəkilir. Amma bu məsələdə ilk növbədə valideynin, məktəb və sinif rəhbərliyinin məsuliyyəti vacibdir. Elə uşaqlar var ki, onlara idman dərsinə qatılmaq qadağandır. Bu kimi məqamlar diqqətdən yayınmamalıdır ki, şagirdlər, yeniyetmələr arasında belə xoşagəlməz hallar təkrarlanmasın”.


Bəs ürəktutmasına səbəb nədir? Ürək xəstəlikləri bu qədərmi cavanlaşıb?


Məsələyə tibbi cəhətdən aydınlıq gətirən həkim-kardioloq, professor İdris Xəlilov deyir ki, qəfil ölümlərə bir saat ərzində bəlli olan və olmayan səbəblər mövcud ola bilər:


“Uşaqlarda bu kimi hallara səbəb anadangəlmə ürək qüsurlarıdır, böyüklərdə isə ürəyin işemik xəstəlikləridir. Uşaqlar ana bətnində, doğum zamanı kardioloji müayinələrdən keçirilirlər. Yaxşı olar ki, bütün uşaqlar ultrasəs müayinədən keçirilsinlər. Demək olar ki, uşaq kardioloqlarının hamısında, klinikalarda zəruri tibbi cihazlar mövcuddur. Ciddi ürək qüsurları vaxtında müayinə və müalicə olunmadığından birdən-birə qəfil ölüm halları ola bilər. Eyni zamanda ürəyin ritmi və keçiriciliyi ilə bağlı qəfil ölümlər də ola bilər. Bu kimi problemləri kardioqram vasitəsilə aşkarlamaq olur. Bəzi ürək problemləri də var ki, onları müayinə ilə aşkarlamaq, təəssüf ki, mümkün olmur”.


Həkim deyir ki, təqribən 1000-2000 uşağın birində ciddi ürək qüsuru ola bilər, belə qüsuru olanların içərisində isə 50-100 mindən birində qüsur qəfil ölümlə nəticələnə bilər:


“Yəni insanlar arasında narahatlığa əsas yoxdur. Uşaqlar arasında ürək xəstəlikləri ilə bağlı qəfil ölümlərin sayı çox deyil”.


Ürək xəstəlikləri ildən-ilə niyə cavanlaşır?


Həkim-kardioloq “fast food” qidaların ürək problemlərinə və qəfil ölümlərə səbəb olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:


“Bu cür qidalanmanın qəfil ölümlərə aidiyyəti yoxdur. 20-30 il bundan əvvəl Azərbaycanda kardiologiya sahəsinin səviyyəsi çox aşağı idi. Hətta böyük klinikalarda exokardioqrafiya (EXO-KQ) aparatı belə yox idi.


Səbəb olaraq ilk faktor stresdir. Daha sonra orqanizmdə gedən paralel xəstəliklər - şəkərli diabet, yüksək qan təzyiqi və sairdir. Bu xəstəliklər zamanında müalicə olunmadığı halda qəfil ölümlərə, infarkta gətirib çıxara bilir. Bu, əvvəl də var idi, indi də var.


Əsas da məktəblilərə psixoloji təzyiq edilməsin. Bəzən uşaqlara dərsləri ilə bağlı təzyiq edirlər, bu da onlarda stres yaradır. Uşaqları bütün gün gərginlikdə saxlamaq olmaz ki, dərs oxusun. Belə olanda uşaqlar qorxurlar, yuxusuzluq yaranır, ürək döyüntüsü artır, hətta funksional dəyişikliklər də yarana bilər.


Uşaq sağlamdırsa, doğulan zaman müayinədən keçirildiyi təqdirdə 35 yaşına qədər yoxlanmasa da, olar. Amma elə uşaqlar var ki, 10-15 yaşlarında müəyyən əzələ-sinir ağrıları olur, diskomfort yaranırsa və s. - mütləq yoxlanılmalıdırlar. Amma 35 yaşdan yuxarı gərək kardioloji müayinədən keçsinlər. İnsan sağlamdırsa, şikayəti yoxdursa, onu yormaq lazım deyil. Əgər qidalanma, yuxu rejimi düzgün deyilsə, passiv həyat tərzi keçirirsə, onun həkimə getməsinə ehtiyac yaranır, çünki potensial olaraq risk qrupuna aid edilə bilər”.




Загрузка...
Həmçinin oxuyun:
Koronavirusdan ÖLÜM RİSKİNİ ARTIRAN səbəb tapıldı

Koronavirusdan ÖLÜM RİSKİNİ ARTIRAN səbəb tapıldı

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Yuxuya gedərkən qəfil yıxılma hissi - SƏBƏBLƏRİ

Yuxuya gedərkən qəfil yıxılma hissi - SƏBƏBLƏRİ

Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI: Uşaqlarda iştahsızlıq 1 həfədən çox davam edərsə..

Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI: Uşaqlarda iştahsızlıq 1 həfədən çox davam edərsə..

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Azərbaycanda ölüm halları artacaq -STATİSTİKA

Azərbaycanda ölüm halları artacaq -STATİSTİKA

Bu məktəblərdə mobil telefonlar qadağan edilə bilər

Bu məktəblərdə mobil telefonlar qadağan edilə bilər

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər - Komitə sədrindən ANONS

Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər - Komitə sədrindən ANONS

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Koronavirusa yoluxma nə üçün kişilər arasında daha ağır keçir – professor şərh edir

Koronavirusa yoluxma nə üçün kişilər arasında daha ağır keçir – professor şərh edir

Bu duyğunun azalması ölüm riskini artırır - ŞOK ARAŞDIRMA

Bu duyğunun azalması ölüm riskini artırır - ŞOK ARAŞDIRMA

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Uşaqlar arasında yayılan xəstəliklər nədən qaynaqlanır? - Pediatrdan ÇAĞIRIŞ

Uşaqlar arasında yayılan xəstəliklər nədən qaynaqlanır? - Pediatrdan ÇAĞIRIŞ

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA