AzTehsil.com


Xəbərlər / Direktor
09 aprel 2022
1 355


Gəncənin məktəb direktoru ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edib




Ləman Həsənova 1981-ci ildə Şəmkirdə ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə BDU-nin Mexanika - riyaziyyat fakültəsinə qəbul olub. 2003-cü ildə universiteti bitirərək Şəmkir şəhər C.Rüstəmov adına 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2012-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbə yerdəyişmə edib. 2013-cü ildə GDU-nin Cəbr və topologiya fakültəsinin magistratura pilləsinə qəbul olub. Həmin il Gəncə şəhər 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə çalışmağa başlayıb. 2015-ci ildə “Məktəb direktorlarının hazırlığı kursu”da istirakçı olub. 2016-cı ildə 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə lisey siniflər üzrə direktor müavini kimi fəaliyyətini davam etdirib. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqənin qalibi olan Ləman müəllim 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2020-ci ildə N.Hüseynov adına 38 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.


101.az “Bir müəllimin manifesti” proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edən Ləman müəllimlə olan müsahibəni təqdim edir:


-Sizcə əsl müəllim necə olmalıdır?


-Ən önəmlisi odur ki, müəllim öz peşəsini və uşaqları sevsin. Peşəni sevərsə, həmişə öz üzərində çalışacaq, həvəslə vəzifəsini icra edəcək. Müəllim şagirdləri sevərsə onlar üçün ən yaxşı, ən səmərəli fəaliyyət təşkil edəcək. Bu gün müəllim olmaq həm çətin həm şərəflidir. Çətindir - çünki sürətlə dəyişən dünya ilə ayaqlaşmaq, şagirdlərdə maraq yaratmaq lazımdır, şərəflidir – çünki vətənimiz gələcəyi müəllimlərdən aslıdır.


-“Bir müəllimin manifesti” proqramı çərçivəsində ABŞ-da uzun müddətli təlim və görüşlərdə iştirak etdiniz. Bu proqram haqqında nə deyə bilərsiniz?


-“Bir müəllimin manifesti” proqramının məqsədi müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini artırmaq və müəllimlərimizin özünə olan inamını gücləndirməkdən ibarətdir. Proqram iştirakçısı olan müəllimlər Vaşinqtona getməzdən əvvəl üç ay intensiv şəkildə ADA Universitetinin müəllimləri tərəfindən tədris edilən ümumi ingilis dili dərslərinə qoşularaq, dil səviyyəmizi daha da artırdıq. Burada ingilis dili vasitəsilə müəllimlər müxtəlif pedaqoji yanaşmalar və təhsil standartlarını təhlil edir, öyrəndiklərini tədris etdikləri fənlərə tətbiq edərək tədris proqramının tərtibi üzərində işləyirlər. Müəllimlər həm ingilis dili səviyyələrini elmi məqsədlər üçün təkmilləşdirir, həm də müasir təlim və tədrisin təşkili üzrə bilik və təcrübələrini inkişaf etdirirlər. Müəllimlər həmçinin qlobal məsələlər və onların təhsilə təsiri adı altında mühazirələr və müzakirələrdə iştirak edirlər.


Təhsil sistemimiz arasında isə əlbətdə ki, bir çox fərqli məqamlar var . Bunlar sistem, idarəetmə strukturu və mühit fərqidir. Ancaq bununla yanaşı hər iki təhsil sisteminin əsas prinsipi uğurlu vətəndaş yetişdirməkdir.


Amerikanın orta təhsil strukturu 12 illik təhsil təklif edir və aşağıdakı pillələri əhatə edir:


1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər);


2. Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər);


3. Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün (X-XII siniflər).


Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir. Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri əvəz edir. İlin sonunda isə yekun imtahan verilir.


-Siz orada əldə etdiyiniz təcrübələri çalışdığınız ümumtəhsil məktəbində və ümumiyyətlə təhsilverənlər arasında necə təbliğ etməyi düşünürsünüz?


-Qayıtdıqdan sonra əvvəlcə pedaqoji kollektivlə təəssüratlarımı paylaşdım. Bu yeniliklərdən hansını məktəbdə tətbiq edəcəyimiz barədə müzakirələr apardıq. Tətbiq etdiyimiz yüniliklər uğurlu olsa öz təcrübəmizi geniş kütlə ilə paylaşacayıq.


-Direktoru olduğunuz ümumtəhsil məktəbində şagirdlər əsasən hansı fənnlərə daha maraqlıdırlar və bunun səbəbi nədir?


-Bu günün ən vacib problemlərindən biri odur ki, texniki fənlərə maraq azalır, halbuki inkişaf texnologiyalardadır. Düşünürəm ki, buna səbəb maddi texniki bazanın zəif olmasıdır. Amerika təcrübəsində çox önəmli bir məqam var ki, dərslər daha çox təcrübələr əsasında təşkil olunur. Qiymətləndirmə isə layihə şəklində təşkil olunur. Məktəblərdə bu layihələrin ploqiat olub –olmamasını yoxlamaq üçün kompyuter proqramları var. Bu şərait bizim məktəblərdə yaradılsa texniki fənlər üzrə nəticələr artar.


-Məktəbdə müəllim-şagird-valideyn münasibətlərini necə tənzimləyirsiniz? Sizcə bu münasibətlər daha yaxşı hansı formada nizamlana bilər?


-Digər məktəblərdə də olduğu kimi bu münasibətləri tənzimləmək üçün məktəbdə Uşaq Birliyi Rəhbəri, tərbiyə işləri üzrə direktor müavini, psixoloq, sinif rəhbərləri var. Çalışırıq ki, problemli vəziyyət yaranmasın, ancaq reallıq budur ki, bəzi anlaşılmazlıqlar olur. Bunları da minimal zərərlə aradan qaldırmağa çalışırıq.


Ümumiyyətlə müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Belə ki, müəllimlər şagirdlərin psixologiyasına ən azı valideynlər qədər bələd olmalıdır. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda hansı psixologiyaya, və düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir.


-Müəllimlər arası əməkdaşlığın təkmilləşməsi üçün hansı işlər həyata keçirirsiniz və sizcə bu proses necə tənzimlənməlidir?


-Müəllimlər arasında əməkdaşlığın təkmilləşməsi məsələsində vacib amillərdən biri odur ki, hamı öz məsuliyyətini dərk etsin. Hər bir müəllim üzərinə düşən öhdəlikləri layiqincə icra etsə heç bir təkmilləşməyə ehtiyac olmaz. Üsul birləşmə rəhbərləri qarşılıqlı dərs dinləmələr təşkil edir, bir-birinə rəy verirlər, müzakirələr aparılır. Vacibdir ki, məktəbdənkənar tədbirlər təşkil olunsun ki, ailə məfhumu yaradılsın.







Загрузка...
Həmçinin oxuyun:
Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təqdimat mərasimi keçirilib

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təqdimat mərasimi keçirilib

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Cəmiyyəti maariflənməyə sövq edən, inkişafa yönəldən ən aparıcı peşə müəllimlikdir

Cəmiyyəti maariflənməyə sövq edən, inkişafa yönəldən ən aparıcı peşə müəllimlikdir

Azərbaycanda orta məktəb niyə bağlandı?

Azərbaycanda orta məktəb niyə bağlandı?

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Ən reytinqli məktəblər - SİYAHI

Ən reytinqli məktəblər - SİYAHI

İki məktəb direktoru Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər

İki məktəb direktoru Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Təhsil Nazirliyi tərəfindən yeni yaradılan liseylərə qəbul qaydaları açıqlanıb

Təhsil Nazirliyi tərəfindən yeni yaradılan liseylərə qəbul qaydaları açıqlanıb

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Azərbaycan məktəblilərindən növbəti uğur

Azərbaycan məktəblilərindən növbəti uğur

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur