Abituriyentlərin NƏZƏRİNƏ! - Amerikalı alimin dediklərinə əməl edin və çox bal yığın!
İmtahan ərəfəsindən 8 saatdan artıq yatmaq nəticələrə müsbət təsir göstərir.
Bu barədə "Teaching Psychology” jurnalında amerikalı tədqiqatçı Mişel Skülinin maraqlı məqaləsi dərc olunub. Yazıda qeyd olunur ki, imtahanda yaxşı nəticə əldə etmək istəyirsinizsə, onda mütləq 8 saatdan çox yatın. Bu sizin həmişə topladığınız baldan əlavə bal yığmağınıza köməklik edəcək.
Məqalədə bildirilir ki, aparılan araşdırmalara əsasən, abituriyent və tələbələrin əksəriyyəti imtahan ərəfəsində 8 saatdan az yatır. Bu da onların imtahan nəticələrinə mənfi təsir göstərir. Çünki, yuxusuzluq həm yorğunluq, həm də psixoloji gərginlik yaradır.
Aparılan tədqiqatlara görə, dünyada imtahan ərəfəsində gərginlik keçirməmək üçün 34 tələbədən 24-ü oyun oynamağa üstünlük verir ki, o 24 nəfərdən 17-i məqsədinə çatır. Amma imtahan ərəfəsində yatıb dincələnlər isə daha yaxşı nəticələr əldə edirlər. Məsələn, 8 saatdan artıq yatan abituriyent hər 200 bala 10 bal artıq toplaya bilərlər.
Tədqiqatın nəticələrinə görə, hər 27 tələbədən 22-i 8 saat yat bilmir, 9 faizi 8 saatdan artıq yatır. 14 faizi isə 7 saatdan az yatır.