Müharibə Ukraynada 161 uşağın həyatına son qoyub
Rusiyanın Ukraynaya hücumu nəticəsində 161 uşaq həlak olub.
Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova bildirib.
Qeyd olunub ki, Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynada həmçinin 264 uşaq yaralanıb.
L.Denisovanın sözlərinə görə, aktiv döyüş əməliyyatları davam etdiyi üçün faktiki rəqəmləri tam şəkildə müəyyənləşdirmək mümkün deyil.
Mənbə: Segodnya.ua