Xəbərlər
28 mart 2022
914


Azərbaycanda maska tələbi və COVID pasportu nə vaxt ləğv ediləcək? (AÇIQLAMA)


Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da maska və COVID pasportu tələbləri qüvvədə qalıb. Vətəndaşlar maskasız və peyvənd sənədi olmadan qapalı məkanlara daxil ola bilmirlər.


Mövcud durumda ölkədə maska və COVID pasportu ilə bağlı yumşalmaların olması gündəmə gəlib.


Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər. İnsanları düşündürən suala cavab tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik. Deputat BAKU.WS-ə bildirib ki, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyil:


"Koronavirus kifayət qədər mədəni hadisədir. Cəmiyyətin bu prosesi birlikdə və mədəni komponent üzərindən gerçəkləşdirmə məsələsidir. Azərbaycanda artıq yaslar və toylarla bağlı qadağa yoxdur. 5 il bundan qabaq dünyasını dəyişən üçün də yas mərasimi keçirilir. Hamı dolur bir məkana və saatlarla əvvəlki qayda ilə orada otururlar.


Etiraf edim ki, bizi ya inzibati məsuliyyət, ya da ilahi və ya təbii məcburiyyətlər özümüzü qorumağa yönəldir. Mütləq xəstəlik olmalıdır ki, qorxudan özümüzü qoruyaq. Pandemiya dövründə tədbirlər az sayda insanın iştirak ilə baş tuturdu. Hazırda həm toylar, həm də yaslarla bağlı əvvəlki vəziyyətə qayıtmışıq. Bu o, deməkdir ki, biz sadələşməni sevmirik.


Belə tezliklə müəyyən qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nətiəclərə səbəb ola bilər. İnsanlarımız elə düşünürlər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Buna görə, maska və COVID pasportu ilə bağlı tələbin aradan qaldırılmasının tərəfdarı deyiləm. Əks təqdirdə yenidən ölkəmizdə yoluxma sayında artım müşahidə oluna bilər.


Fikrimcə, yaslar və toylar davam etdikcə yoluxma daha da artacaq. Qarşıdan Ramazan ayı gəlir və bu müəyyən məsələləri səngidə bilər. Digər tərəfdən Ramazan ayında da qaydalara riayət etməyənlər olur.


Bütün bunlar fonunda nəzərə almaq lazımdır ki, hazırda Ukraynada aclıq hökm sürür və Rusiyada isə iqtisadi vəziyyət ağırlaşıb. Başa düşmək lazımdır ki, artıq Ukrayna və Rusiyadan ərzaq gəlmir. Buna görə, ərzaq bahalaşması ola bilər"

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda COVID-19 pasportu və maska ləğv edilir?

Azərbaycanda COVID-19 pasportu və maska ləğv edilir?

Əhaliyə şad xəbər: Pandemiya bitir, qadağalar aradan qaldırılır

Əhaliyə şad xəbər: Pandemiya bitir, qadağalar aradan qaldırılır

ŞAD XƏBƏR: Karantin rejimi daha da yumşalıdıla bilər - VİDEO

ŞAD XƏBƏR: Karantin rejimi daha da yumşalıdıla bilər - VİDEO

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

İmtahanlarda iştirak üçün COVID-19 pasportu tələb olunur? – AÇIQLAMA

İmtahanlarda iştirak üçün COVID-19 pasportu tələb olunur? – AÇIQLAMA

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

Bu həkimlərin diplomu ləğv edilə bilər

Bu həkimlərin diplomu ləğv edilə bilər

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Bu tarixdən sonra COVID pasportlarının müddəti 6 ay olacaq AÇIQLAMA

Bu tarixdən sonra COVID pasportlarının müddəti 6 ay olacaq AÇIQLAMA

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA

Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu

Alimlərdən şad xəbər: COVID-19 zərərsizləşdirildi

Alimlərdən şad xəbər: COVID-19 zərərsizləşdirildi

Tovuzda məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

Tovuzda məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA: icazə verilməyəcək...

COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA: icazə verilməyəcək...

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - AÇIQLAMA

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - AÇIQLAMA

Maska taxmaq koronavirusdan nə qədər qoruyur?

Maska taxmaq koronavirusdan nə qədər qoruyur?