AzTehsil.com


Xəbərlər
25 mart 2022
986


Peşə Təhsili üzrə Dövlət Agentliyi: İnklüziv peşə təlimləri təşkil olunacaq




Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə inklüziv peşə təlimlərinə qəbul elan edilib.


Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak üçün müraciətlər aprelin 3-dək qəbul edilir. Seçim prosesi ərizə və müsahibə mərhələləri olmaqla icra ediləcək və bu mərhələləri uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb olunacaq. Təlimlər ödənişsizdir və proqramı müvəffəqiyyətlə bitirən şəxslərə Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq.


Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən vitraj işi və florist ixtisas istiqamətləri üzrə ölkədə ilk dəfə olaraq qısamüddətli inklüziv peşə təlimləri təşkil olunacaq. İki ay davam edəcək təlimlər sözügedən peşə təhsil mərkəzində, eləcə də tərəfdaş müəssisələrin nəzdində keçiriləcək. Təlim zamanı iştirakçılar vitraj sənətinin texnikaları, rənglərlə işləmək, biznes planlarının hazırlanması, naxış və kompozisiyaların çəkilməsi, həmçinin bitkilərin yetişdirilməsi və onlara qulluq, buketlərin hazırlanması kimi istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər.


Proqramın tərkib hissəsi kimi “hər kəs üçün təlim” yanaşmasına uyğun olaraq və insanların müxtəlif qabiliyyətlərini nəzərə alaraq, inklüziv mühitdə iştirakçılar üçün biznes bacarıqlarının inkişafı üzrə sessiyalar da keçiriləcək.


Qeyd edək ki, sözügedən təlimlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.




Загрузка...
Həmçinin oxuyun:
Peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramı davam edir

Peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramı davam edir

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “SQL Proqramçı” istiqaməti üzrə təlim təşkil olunacaq

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “SQL Proqramçı” istiqaməti üzrə təlim təşkil olunacaq

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili üzrə “Dərs vaxtı”nın yanvarın 26-na olan cədvəli

Peşə təhsili üzrə “Dərs vaxtı”nın yanvarın 26-na olan cədvəli

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub