AzTehsil.com


Xəbərlər
01 may 2017
3 319


Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib



Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

 

Təhsil Nazirliyi tərəfindən Bakı məktəblərində oxuyan 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib, onlara təsir göstərən mənfi və müsbət amillər araşdırılıb. Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirliyin hesabatının təqdimatında bildirib ki, Bakıda VI sinifdə oxuyan şagirdlərin bilik səviyyəsi araşdırılıb: "Bu ölçməni o məntiqlə aparmışıq ki, 500 bal toplayan şagird şəhər üzrə orta göstəricisi olan şagirddir. Nazirliyin tabeçiliyində olan lisey və gimnaziyalarda ən yüksək nəticə əldə olunub. Bakının digər inzibatı rayonlarında, xüsusilə Pirallahı, Xəzər, Qaradağ, Sabunçu,  Suraxanı rayonlarında nəticə orta göstəricidən az, digər rayonlarda isə göstəricilər orta baldan yüksək olub. Bunlar bir-birini balanslaşdırır və orta göstərici 500 baldır. Burada əsas sual "Nə qədər uşaq "2” alıb?” yox, "Uşaqlar niyə "2” alıb?”, "Uşaqlar niyə uğurlu olmayıb?” olub. Bunun üçün təxminən 70 amilə baxılıb”.
 
Nazirlik rəsmisi qeyd edib ki, ilk olaraq şagirdlərdən resurslarla təmin olunub-olunmadığı (kompüter, internet, əlavə kitab və s.) öyrənilib. Onun sözlərinə görə, nəticədə müəyyən olub ki, nazirliyə tabe olan məktəblərdə 84% şagird resurslarla təmin edilib, Xəzər, Qaradağ, Sabunçu rayonunda 55% şagirdin bu resurslara çıxışının olduğu məlum olub: "Aşağı resurslarla təmin olunan rayonlarda şagirdlərin riyaziyyat və ana dili üzrə orta balı 488, digər rayonlarda isə 510 baldır. Bundan əlavə, ananın ali təhsilinin olub-olmadığı yoxlanılıb. Bakının Nəsimi, Yasamal rayonlarında nazirliyə tabe məktəblərə anaların 70%-i ali təhsillidirsə, Xəzər rayonunda bu rəqəm 34%, Qaradağda 35% , Sabunçuda 40% arasında dəyişir. Tədqiqatlar nəticəsində şagirdlərin riyaziyyatdan orta balı 516, ana dilindən 524, zəif ərazilərdə isə analoji olaraq 491 və 490-dır. Nəticələr arasında fərq nə qədərdirsə, sosial iqtisadi vəziyyət arasında da bir o qədər fərq var. Ümumiyyətlə, Bakı şəhərində resursu çox olan uşaqlar 513, resursu orta olan 491, resursu az olan şagirdlər isə 471 bal toplayıb. Bu, qəbul imtahanın balı ilə qarışdırılmamalıdır. Çünki bu tədqiqat ballarıdır”.
 
Nazirlik rəsmisi qeyd edib ki, son 4 ildə məktəblərdə keyfiyyətin davamlı müsbət dinamikası müşahidə edilib. Onun sözlərinə görə, 2012-ci illə müqayisədə buraxılış imtahanlarında iştirak edən şagirdlərin nəticələri 2016-cı ildə 17 faiz yaxşılaşıb.



Загрузка...