Nazirdən İRAD: “Müəllimlər uşaqların öyrənməsinə xidmət edən fəaliyyətlə məşğul olmurlar”
“Bəzi müəllimlər uşaqların öyrənməsinə xidmət edən fəaliyyətlə məşğul olmurlar”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sinfin idarə edilməsi ilə bağlı müəllimlərin bir qisminin təlimlər cəlb olunmasına ehtiyac var:
“Müəllimlər dərsdən sonra müəyyən işləri görə bilərlər ki, dərs zamanı bu kimi işlər onların vaxtlarını almasın”.