"Mehdi-zadə Samir birliyinin idarəçiliyini öz əlinə keçirmək və öz maraqları üçün istifadə etmək məqsədilə" saxtakarlıqlar edib
Bəli, cavabımız məhz bu cümlə ilə başlayacaq. Belə ki, bu cümlə Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə keçirilmiş məhkəmə prosesində Azərbaycan Respublikası adından qəbul edilmiş Qətnamənin “Müəyyən etdi” hissəsində yazılıb.
Qarşı tərəfin sənədsiz, sübutsuz, heç bir həqiqət payı olmayan cızma-qarasına ancaq iki məhkəmə instansiyasının Qətnamələrində qeyd olunmuş fikirlərlə cavab yazmağa qərar verdik. (Məhkəmə qətnamələrini əlavədə redaksiyaya göndəririk)
“Mehdi-zadə Samir Birliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox Birliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirmiş və 25.02.2021-ci il tarixə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər.”
“25.02.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Mehdi-zadə Samir Ramiz oğlunun sədrliyi ilə SAXTA Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. Birliyin üzvlərinin sayı 144 deyil, 229 nəfər olmuşdur. Həmin 85 üzv Birliyin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında qəbul olunmuşlar. Belə ki, Ümumi Yığıncağın keçirilməsi üçün yetərsay olmamışdır və
protokola əsasən cəmi 72 nəfər iştirak etmişdir. Həmin Yığıncağın gündəliyində olan 2-ci məsələ Birliyin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərarların etibarsız hsab edilməsi olmuşdur ki, Nizamnaməyə əsasən Birliyin Ümumi Yığıncağının İdarə heyətinin belə bir səlahiyyəti olmamışdır.”
Bundan başqa 25.02.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda birliyin üzvü olmayan şəxslər iştirak etmişlər. Bu yollarla cavabdehlər süni say artırmışlar.
“Məhkəmə eyni zamanda qeyd edir ki, Birliyin nizamnaməsində protokollar əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi səlahiyyəti nizamnamə ilə Birliyin səlahiyyətlərinə aid edilməmişdir. Lakin buna baxmayaraq Birlik 25.02.2021-ci il tarixdə keçirmiş olduğu İclasda “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları və onların əsasında qəbul edilmiş qərarları etibarsız hesab etmək barədə qərar qəbul etməklə nizamnamənin tələblərinə zidd hərəkət etmişdir.”
Nəhayət qərar: “Təhsil Şurası” İctimai Birliyinin Ümumi Yığıncağının 25.02.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin.
İndi isə keçək Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə keçirilən məhkəmə prosesinə və qəbul edilmiş Qətnaməyə.
Azərbaycan Respublikası adından qəbul edilmiş növbəti Qətnamədə deyilir:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
İş materiallarında olan, Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışda qeyd olunmuşdur ki, 09.04.2019-cu il tarixə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İB-nin üzvlərinin əvvəlki sayı 144, hazırki sayı isə 229 nəfərdir.
Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, “Təhsil Şurası” İB-nin
üzvlərinin sayı Birliyin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları əsasında qəbul edilmiş qərarlarla 233 nəfər müəyyən edilmişdir. Sonradan həmin üzvlərdən 4 nəfər vəfat etmiş və nəticədə 229 nəfər üzv qalmışdır. Həmin qərarlar mübahisələndirilməyərək hazırki vaxta kimi qüvvəsindədir.
Lakin iş materiallarından göründüyü kimi Birlik cəmi 72 nəfər üzvün iştirakı ilə Ümumi yığıncaq keçirmişdir ki, bununla da yığıncaq yetərsay olmadan əsassız olaraq səlahiyyətli hesab edilmişdir.
Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh “Təhsil Şurası” İB-nin İdarə Heyətinin sədri Samir Mehdi-zadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır.
Bu isə qərar: Cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mehdi-zadə Samir Ramiz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Baş Saxtakar 29.09.2021-ci il tarixində baş tutan məhkəmə prosesində biabırçı formada uduzduqdan sonra, 25.01.2022-ci il tarixində keçiriləcək apelyasiya prosesində də uduzacağını əvvəlcədən bildiyindən, yenə hamıdan gizlin, tələsik QONDARMA Ümumi Yığıncaq keçirmiş və yenidən SAXTA SƏDR “seçilmişdir”. Ancaq yenə də unudub ki, bu qeydiyyatı da əvvəki kimi ləğv olunacaqdır.
Sonda onu da qeyd etməyi lazım bilirik ki, bütün bu saxta sənədlərin SAXTA MÖHÜRLƏ möhürlənməsi haqqında şikayət ərizəmiz aidiyyatı üzrə Prokrorluq orqanlarına göndərilmişdir.
Bir daha əminliklə vurğulamağı laazım bilirik ki, bizim bu Saxtakarlara qarşı mübarizəmiz sona qədər davam edəcək!
Ədalətin zəfər çalacağına zərrə qədər də şübhəmiz yoxdur!
Arif Gürşad oğlu İbrahimov