AzTehsil.com


Xəbərlər
30 aprel 2017
4 512


Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb



Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb

 

Bu gün keçirilən qəbul imtahanları respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub.
 
İmtahanda 35433 abituriyent iştirak edib. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verib. Dövlət İmtahan Mərkəzindən məlumat verilib ki, 3 abiturient telefon keçirmək istədiyinə görə imtahandan xaric edilib.
 
Modern.az saytının əməkdaşlarının apardığı monitorinqin nəticəsində sual kitabçalarında bəzi sualların kütləvi şəkildə oxunmadığı qeydə alınıb.
 
Space televiziyasında sualların oxunmaması ilə bağlı məsələyə aydınlıq gətirən DİM əməkdaşı , sual kitabçalarındakı pozuntular olan abituriyentlərin kitabçaları protokollaşdırıb, 3-gün ərzində fəaliyyət göstərəcək apelyasiya komissiyası tərəfindən araşdırılıb abituriyentin xeyrinə həll olunacağını bildirib.
 
Protokollaşdırma heç də qeyd olunan kimi olmayıb. Şagirdlərin əksəriyyətinin sual kitabçaları protollaşdırılmayıb.



Загрузка...