Emin Əmrullayev: Hazırda Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsi var
Hazırda Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsi var.
Bunu təhsil naziri Emin Əmrullayev “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələr zamanı deyib. O bildirib ki, bu təhsil müəssisələrindən 4 min 400-ü ümumi təhsil müəssisələridir. Digərlərini isə məktəbəqədər, peşə, ali təhsil müəssisələri təşkil edir.
Qeyd edək ki, “Təhsilə ictimai baxış” silsilə müzakirələrin təşkilində məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.