Xəbərlər / Ekspert
17 fevral 2022
557

Nadir İsrafilov -Vaxtilə sovet dövründə də belə bir qayda var idi.


Xəbər verdiyimiz kimi, dünən "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bir sıra yenilikləri açıqlayıb.


Yeni dəyişikliklərdən biri də budur ki, digər imtahan iştirakçıları ilə yanaşı hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduqları müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəlliimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Yəni müəllimlərin işə qəbulu (MİQ) imtahanından keçərək hansısa bir məktəbə işə qəbul olunan müəllim 3 il keçməyənə qədər yerdəyişmə imtahanında iştirak edə bilməyəcək.  


Qeyd edək ki, bu dəyişiklik müəllimlərin ciddi etirazına səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını dilə gətirən müəllimlərin sayı kifayət qədərdir. 


Mövzu ilə bağlı danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, müəllimlərin yerdəyişməsi ilə bağlı müddət qoyulması zəruridir:


“Vaxtilə sovet dövründə də belə bir qayda var idi. O vaxt da müəllim təyinatla işə gedirdi. Bu təyinat müddəti beş il idi və müəllim təyinat müddəti ilə göndərildiyi yerə gedirdi. Yalnız beş ildən sonra o müəllim sərbəst iş tapmaq hüququna malik olurdu. Bu təyinat hüququ artıq ləğv olunub. İndi müəllimlər MİQ imtahanları ilə işə qəbul olur. Müəllimlər keçid balına müvafiq olaraq rayonlara göndərilir. Lakin müəllimlər müxtəlif adlarla və müxtəlif bəhanələrlə yol tapıb şəhərə qayıtmaq istəyir. Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı 7-8 sərəncamı var. Müəllimlərin regionlardan qaçması və şəhərə axını urbanizasiyaya gətirib çıxarır. Bu mənada təyinat müddətinin qoyulması zəruridir. Bu, kənddən şəhərə axının qarşısını almaq üçün vacibdir. Düzdür, hamımız bilirik ki, regionlarda, ucqar kəndlərdə müəyyən problemlər var. Ona görə də region müəllimlərinə müəyyən xüsusi güzəştlər edilir. Onların əmək haqqına, torpaq sahəsi və evlə təmin olunması ilə bağlı güzəştlər var. Lakin yenə də gənc nəsil şəhərə doğru axın edir”.


Ekspert hesab edir ki, bu mənada həmin dəyişikliyə bəraət qazandırmaq olar:


“Hərbçilərin təyinatı olanda kim bu xidmətdən yayına bilər? Kim deyə bilər ki, məni ora göndərmə, bura göndər? Təhsil də hərb qədər prioritet sahələrdən biridir. Müəllim hara göndərilirsə, orada bəlli müddəti başa vurmalıdır. Ondan sonra ailə vəziyyəti və digər səbəblərlə təyinat alıb iştirak edə bilər. Bu qaydalar dəfələrlə dəyişib və dəyişəcək. Nəzəri cəhətdən bu fikri irəli sürmək olar. Lakin reallıq başqa şey göstərə bilir. Bu, təkcə müəllimlərin işə qəbulu məsələsinə aid deyil. Tələbə kreditlərinin verilməsi və digər məsələlərlə bağlı "Təhsil haqqında" qanuna son bir ildə nə qədər dəyişiklik edilib? Bunlar hamısı təkmilləşir. Reallıqla nəzəriyyə uzlaşdırılır və baxılır. Əlbəttə bu sahədə də problem olacaq, müəyyən məsələlər çıxacaq. Bu məsələlər çıxdıqca ayrı-ayrı ekspertlər, mütəxəssislər onları müzakirəyə çıxarıb ictimailəşdirəcək. Bunlar ictimailəşdikdən sonra qaydalarda şübhəsiz ki, əlavələr və dəyişikliklər ediləcək. Məsələn 60 suala 90 dəqiqə vaxt verilməsi bağlı sosial şəbəkələrdə çoxsaylı müzakirələr açıldı ki, müəllim vaxtı çatdıra bilmir. İctimai müzakirələr, sosial şəbəkələrdə edilən etirazlar və narazılıqlar son nəticədə müddətin artırılmasına gətirib çıxardı. İndi ona görə də yeni qəbul olunan qaydalar o demək deyil ki, tam təkmil qaydalardı və bu qayda həmişə davam edəcək. Şübhəsiz ki, müvafiq təkmilləşdirmələr aparılacaq”.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllimlərin sertifikasiya imtahanları keçiriləcək – RƏSMİ

Müəllimlərin sertifikasiya imtahanları keçiriləcək – RƏSMİ

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Müəllimlərin işə qəbulu imtahanında kimlər iştirak edə bilər? - AÇIQLAMA

Müəllimlərin işə qəbulu imtahanında kimlər iştirak edə bilər? - AÇIQLAMA

Müəllimlərin imtahandan sonra müddətsiz müqavilə əsasında işə qəbulunun tarixi açıqlanıb

Müəllimlərin imtahandan sonra müddətsiz müqavilə əsasında işə qəbulunun tarixi açıqlanıb

Eşqi Bağırov: “Müəllimlərin işə qəbulu müsabiqəsində müsahibələr onlayn keçiriləcək”

Eşqi Bağırov: “Müəllimlərin işə qəbulu müsabiqəsində müsahibələr onlayn keçiriləcək”

Müəllimlərin yerdəyişməsi müsabiqəsi iyunda keçiriləcək?

Müəllimlərin yerdəyişməsi müsabiqəsi iyunda keçiriləcək?

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Nazirlik: Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq

Nazirlik: Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq

Eşqi Bağırov: “2019-cu ildə MIQ -də keçid balları toplayan namizədlərin topladığı ballar bu il qüvvədə olmayacaq”

Eşqi Bağırov: “2019-cu ildə MIQ -də keçid balları toplayan namizədlərin topladığı ballar bu il qüvvədə olmayacaq”

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müddətsiz əsaslarla işə qəbul müsabiqəsi başa çatır

Müddətsiz əsaslarla işə qəbul müsabiqəsi başa çatır

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin qaydalarında hər hansı dəyişiklik olacaq?

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin qaydalarında hər hansı dəyişiklik olacaq?

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda dəyişiklik edildi -RƏSMİ

Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda dəyişiklik edildi -RƏSMİ

Müəllimlərin işə qəbulu prosesində şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

Müəllimlərin işə qəbulu prosesində şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu ilə bağlı YENİLİKLƏR - FOTO

Müəllimlərin işə qəbulu ilə bağlı YENİLİKLƏR - FOTO

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək