Qubada uşaqlar məktəbə gedə bilmədi: Birinci sinif niyə bağlandı? - AÇIQLAMA
Qubanın Buduq kəndində 1-ci sinif şagirdlərinin məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb.
Buna səbəb isə şagirdlərin sənədlərinin vaxtında www.mektebeqebul.edu.az portalına daxil edilməməsidir. Hazırda sinif tamamilə bağlanıb və şagirdlər təhsilsiz qalıblar.
Məsələ ilə bağlı Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, problemi valideyn səhlənkarlığı ilə əlaqəlidir:
“1-ci sinfin bağlanmasının səbəbi valideynlərin səhlənkarlığı olub. Çünki uşaqların sənədlərinin sistemə vaxtında yerləşdirmək lazım idi. Valideynlərin bu hərəkəti gecikmələrə səbəb olub və nəticədə Buduq kəndində 1-ci sinif bağlanıb. Sinfin bu il açılması mümkünsüzdür. Bunun səbəbi isə hər il şagirdlərin sənəd qəbulu prosesi başa çatdıqdan sonra müəllimlərin dərs saatına görə maaşlarının hesablanmasıdır”.
O, həmçinin, gələn il həmin şagirdlərin məktəbə cəlb olunacağını vurğulayıb:
“Burada narahat olacağınız bir vəziyyət yoxdur. Gələn il həmin şagirdlər təhsilə cəlb olunacaqlar. Elə valideynlər var ki, uşaqlarını 7 yaşında məktəbə qoyur. Yəni burdan valideynlərə səslənirəm ki, narahatçılığa səbəb yoxdur”.
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb
Azərbaycanda şagirdlərin dərs keçdiyi qəzalı məktəb nə zaman təmir olunacaq? - AÇIQLAMA + VİDEO
Daha bir məktəb koronavirusa görə bağlandı
Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?
DİQQƏT! Daha bir məktəb bağlandı - Təhsil şöbəsindən AÇIQLAMA
Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA
Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA
Bakıda valideynlər etiraz etdi
Qubada 10-cu sinif şagirdi intihar edib
Şagirdlərin dərs yükü bizi narahat edir
Azərbaycanda şagirdlərə qəzalı məktəbdə dərs keçilir: Acınacaqlı görüntülər - VİDEO
Övladlarını rus bölməsində oxutmaq istəyənləri ən çox narahat edən məsələyə cavab verildi
10 məktəb koronavirusa görə bağlanıb
Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...
Azərbaycanda valideynlər məktəbə direktor təyinatına etiraz ediblər
Şamaxının üç şagirdlik məktəbi - VİDEO
Valideynlərə XƏBƏRDARLIQ - “Əgər övladlarınız...”
Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 234 müraciət daxil olub
Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu
Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
Prokurorluq valideynlərin xəbəri olmadan övladın məktəbdə təhsil alması məsələsini nəzarətə götürdü