Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, məlumat kitabçası 20 fənn, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayını, bölmələr və mövzuları əhatə edir. Kitabça ilə institutun saytında tanış olmaq mümkündür.