AzTehsil.com


Xəbərlər / Müəllim
10 fevral 2022
787


Nadir İsrafilov:Əsas məsələ idarəetmədə yol verdiyimiz boşluqlardır...




Təhsil bir sistem olaraq idarə olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi məsələləri kifayət qədər öz əksini tapıb.


Sistemə müvafiq olaraq, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.  

Son zamanlar müəlim-şagird münasibətlərində baş verən müxtəlif hadisələrdə daha çox təhsil müəssisələri qınaq obyekti olsa da, şagird və valideynlərin məsuliyyət payını gündəmə gətirənlər də az deyil. Müasir dövrdə təhsil müəssisələrində fəaliyyətin təşkili və idarə olunması daha da aktuallaşaraq müstəsna əhəmiyyət kəsb edən amillərdən biridir. Səmərəli idarəetmə planlaşdırma, təşkil etmə, rəhbərlikvə nəzarət funksiyalarının necə yerinə yetirilməsindən daha çox asılıdır. Son onillikdə isə idarəetmə funksiyalarına daha iki funksiya – tənzimləmə və əlaqələndirmə funksiyaları da əlavə olunub.


Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" nda üçüncü strateji istiqamət  təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutulur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.


Kiçik bir xatırlatma edim ki, idarəetmə - qarşıya qoyulmuş məqsəd və vəzifələri həll etmək üçün idarəetmə subyektlərinin müvafiq obyektlərə təsir göstərməsi ilə bağlı fəaliyyət növüdür. Məktəbi idarəetmə dedikdə, pedaqoji proses iştirakçılarının məqsədyönlü qarşılıqlı təsiri başa düşülür. İdarəetmənin struktur ünsürlərinə idarəetmə subyektləri və obyektləri, habelə onlar arasındakı qarşılıqlı münasibətlər daxildir.

İdarəetmənin metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün idarəetmə obyektinə edilən təsir yolları, vasitələri başa düşülür. İdarəetmənin ümumi metodları hansılardır? “Müşahidə metodu”; “Müsahibə metodu” ; “Tələb metodu” ; “Təlimatlandırma metodu” ; “İctimai rəy metodu”; “Rəğbətləndirmə metodu”; “Cəzalandırma metodu”; “Sosial-psixoloji metodlar” və s.


İdarəetmənin funksiyalarından və metodlarından danışarkən, indi gəlin görək, hamımızmı bu məsələləri lazımi səviyyədə həyata keçiririk? İdarəetmənin ən zəruri funksiyalarından biri olan planlaşdırmanın məqsəd və vəzifələrini, onun strateji, taktiki və cari hədəflərini düzgünmü müəyyənləşdiririk? Və ya planlaşdırdığımız işləri lazımi səviyyədəmi təşkil edirik? Təşkiletmədə səlahiyyət və cavabdehlik bölgümüz varmı? Təşkil olunan işlərə rəhbərlik nə dərəcədə həyata keçirilir,  qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əzmkarlıq göstərmək və zəruri resursları lazımı istiqamətdə cəmləşdirməyə rəhbərlik etmək səriştəmiz kifayət edirmi? İcraata nəzarət mexanizmlərimiz hansılardır və bunlar nəzarəti həyata keçirməkdə nə dərəcədə effekt verir?

Suallar çoxdur. Cavab isə birdir. İdarəetmənin funksiyalarını işlək hala gətirmək barədə düşünməliyik.Yəni, ən əsas məsələ idarəetmədə yol verdiyimiz boşluqlardır. Ona görə də bu boşluqlar aradan qaldırılmalıdır. Cəmiyyət inkişaf etdikcə təhsil, təhsil inkişaf etdikcə cəmiyyət inkişaf edir. Təhsil cəmiyyətin inkişafına uyğunlaşdırılmalıdır, yoxsa, cəmiyyət təhsillə uzlaşdırılmalıdır? Bu da günümüzün suallarından biridir... 


 




Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

Pedaqoji idarəetmədə hesabatlılıq

Pedaqoji idarəetmədə hesabatlılıq

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Pedaqoji idarəetmənin predmeti

Pedaqoji idarəetmənin predmeti

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Məktəb  direktoru   BİLMƏLİDİR

Məktəb direktoru BİLMƏLİDİR

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Artıq vəziyyət dəyişib, yeni vəzifələr və konkret hədəflər müəyyənləşdirilib.

Artıq vəziyyət dəyişib, yeni vəzifələr və konkret hədəflər müəyyənləşdirilib.

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası