AzTehsil.com


Xəbərlər
29 aprel 2017
3 499


Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq



Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

 

Dünən Bakı Apellyasiya Məhkəməsinidə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
 
Aztehsil.com-un "qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, M.Babanlı qarşı tərəfdən ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsini tələb edib.
 
1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası qismən təmin edilib.
 
Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. Hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə işə mütəxəssisin cəlb olunması haqda qərar verilib. Mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək proses təxirə salınıb.



Загрузка...