Biabırçı görüntülərin yayıldığı məktəbin adı məlum oldu: Araşdırma başladıldı
Azərbaycanda şagirdlərin qeyri-etik hərəkətlər etdiyi məktəbin adı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə “İntellekt” məktəb-liseyində baş verib.
Məktəbdən bildirilib ki, “İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.
Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.