AzTehsil.com


Xəbərlər
28 aprel 2017
3 468


Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb



Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

 

"Bakı Mühəndislik Universitetinə (BMU) pedaqoji ixtisaslar üçün qəbul dayandırılıb”.
 
Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, bunu BMU-nun rektoru Havar Məmmədov deyib. 
 
Hazırda universitetdə həmin ixtisaslar üzrə xeyli sayda tələbənin təhsil aldığını söyləyən rektor bildirib ki, onların təhsil müddəti bitənə qədər həmin ixtisas üzrə qəbul olmayacaq.
 
Rektor qeyd edib ki, yeni tədris ili üçün universitetə, əsasən mühəndislik ixtisasları üzrə tələbə qəbulu aparılacaq:
 
"Texnologiya sahəsi, eləcə də istehsalat müəssisələrində böyük tələbat olan yeni ixtisaslara qəbul həyata keçirəcəyik. Belə ixtisasların sayı 13-dür. Bura ilk olaraq logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası aiddir. Bu, hazırda Azərbaycan üçün çox vacib sahədir. Eyni zamanda, inşaat profilli yeni ixtisaslar da açmağı planlaşdırırıq. Belə ki, bura memarlıq-inşaat mühəndisliyi, mexanika, maşın mühəndisliyi, istehsal proseslərinin avtomatlaşdırılması, sənaye və ekologiya mühəndisliyi daxildir”.
 
H.Məmmədov vurğulayıb ki, universitetin iqtisad profilli 6 ixtisasına qəbul prosesi davam edəcək: "Pedaqoji ixtisas var idi ki, ora bu ildən qəbul dayandırılıb. Lakin hələlik iqtisadi profilli olmayan müəllim heyəti 4 il bizimlə işlərini davam etdirəcək. Çünki bizim universitetdə təhsil 4 illik, ingilis dilli profilli təhsil isə 5 illikdir. Təbii ki, gələcəkdə mühəndislik ixtisası üçün xarici dil bilikli müəllimlərin biliyindən istifadə edəcəyik”.



Загрузка...