AzTehsil.com


Xəbərlər / Səhiyyə
22 yanvar 2022
1 053


Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: 24 yanvardan...




Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır.


Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur: "Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.


“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:


• Maska taxın.


• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.


• Fiziki məsafə saxlayın.


• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.


• Vaksin olunun.


Virusa yoluxduğunuz halda:


• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.


• Təcrid olduğunuz yeri tez-tez havalandırın.


• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.


• Bol maye qəbul edin.


• Yataq rejiminə riayət edin.


• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.


• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.


• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.


• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.


• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.


Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda karantin sərtləşdiriləcək? - Səhiyyə naziri cavab verdi

Azərbaycanda karantin sərtləşdiriləcək? - Səhiyyə naziri cavab verdi

“Əks göstəriş sertifikat”ı veriləcək

“Əks göstəriş sertifikat”ı veriləcək

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı - RƏSMİ

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı - RƏSMİ

Karantin müddəti yenidən uzadıla bilər - RƏSMİ

Karantin müddəti yenidən uzadıla bilər - RƏSMİ

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR

Son günlər Azərbaycanda koronavirus niyə artır? - AÇIQLAMA

Son günlər Azərbaycanda koronavirus niyə artır? - AÇIQLAMA

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs kollektivə təqdim edildi

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs kollektivə təqdim edildi

Azərbaycanda məktəblilərin yeni üsulla COVID-19 testi verməsi təklif olunur

Azərbaycanda məktəblilərin yeni üsulla COVID-19 testi verməsi təklif olunur

Karantin sərtləşdirilir? — Operativ Qərargahdan AÇIQLAMA

Karantin sərtləşdirilir? — Operativ Qərargahdan AÇIQLAMA

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – RƏSMİ

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – RƏSMİ

Doktoranturalar yaradılan ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların siyahısına dəyişiklik edilib

Doktoranturalar yaradılan ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların siyahısına dəyişiklik edilib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır.

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır.

Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb

Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb

Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi

Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi

Yanvarın 1-dən maaşınızdan əlavə pul tutulacaq - MƏBLƏĞ

Yanvarın 1-dən maaşınızdan əlavə pul tutulacaq - MƏBLƏĞ

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Məktəblilərin koronavirusa yoluxmasının yoxlanılması üçün sorma testlər hazırlanıb

Məktəblilərin koronavirusa yoluxmasının yoxlanılması üçün sorma testlər hazırlanıb

SON DƏQİQƏ: Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yaydı

SON DƏQİQƏ: Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yaydı

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ