AzTehsil.com


Xəbərlər
27 aprel 2017
8 192


İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub



İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

 

Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb.
 
İlk belə vəsait riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub.
 
"Riyaziyyat” olimpiada vəsaiti ümumi təhsil müəssisələrində çalışan, riyaziyyatdan fakültativ məşğələlər aparan müəllimlər, istedadlı uşaqlarla işləyən pedaqoqlar, tələbələr, eləcə də riyaziyyat sahəsinə marağı olanlar üçün faydalıdır. Buraxılışlar əsasında çap edilməsi nəzərdə tutulan bu vəsaitdə mövzuların nəzəriyyə hissələri verilib, mürəkkəb olmayan misal və məsələlər seçilərək test formatında təqdim edilib. Bununla yanaşı hər mövzunun sonunda açıq tipli olimpiada sualları da yer alıb.
 
Vəsaiti telefon vasitəsilə (+994124309081 - daxili 134) əlaqə saxlamaqla və ya elektron sifariş blankını doldurmaqla sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.



Загрузка...