AzTehsil.com


Xəbərlər / Direktor
29 dekabr 2021
1 398


Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.




Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində cənab Prezident İlham Əliyev bütün yüksək kürsülərdən Qarabağın əzəli Azərbaycan torpağı olmasını faktlarla,  açıq, aydın və heç bir dairədən çəkinmədən səsləndirərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl və  qətiyyətli  işlər həyata keçirdi. Dövlət başçımızın hər bir çıxışı,  müsahibələrdə səsləndirdiyi fikirləri  geniş şəkildə müzakirə olunur  və onun fikirlərinə açıq şəkildə dəstək ifadə olunur. 


 Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində  İtaliyanın  dünyaca məşhur olan “İl Sole 24 Ore” qəzetinə müsahibəsində də bir çox məsələlərə aydınlıq gətirərərək dövlətimizin mövqeyini ortaya qoyur.  Müxbirin  suallarını cavablandıran Ali Baş Komandan  Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səylərinin böyük əhəmiyyətə malik olduğunu, eyni zamanda,  İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səylərinin  böyük əhəmiyyət kəsb etdiyini bildirdi. 


Müharibənin bitməsinə baxmayaraq rəsmi İrəvanın hərbi cinayətlərinin hələ də davam etdiyini, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinin öz həllini tapmadığını, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insanın  minalar səbəbindən həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran dövlətimizin başçısı müsahibəsində Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusunun Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Ölkəmizin haqlı mövqeyini ifadə edən Prezident İlham Əliyev bununla belə, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcminin  2,6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar olmasının ədalətli olmadığını,  azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntılardan əlavə, hər iki ölkənin əhalisinin sayı arasında kəskin fərqin olduğunu,  işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazinin tamamilə dağıdıldığını, həmin ərazilərdə 1 milyona yaxın mina basdırıldığını bildirərək belə olan halda yanaşmanın vahid standartlar əsasında və Azərbaycana da eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmasının vacibliyini bir daha diqqətə çatdırdı.


Prezident İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti ilə də bağlı xalqımızın haqlı narazılığını ifadə etdi. Minsk qrupu 28 il ərzində uğursuz fəaliyyət göstərdi. Əgər Minsk qrupunun həmsədrləri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu  o deməkdir ki, onların fəaliyyəti uğursuz olmuşdur. 


Cənab Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu.  Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti barədə ətraflı məlumatlar əldə etdi. Bildirildi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Bu dəhlizin işə düşməsindən isə Azərbaycanla bərabər Ermənistan, həmçinin bölgənin digər dövlətləri də xeyir əldə edəcəklər. 


Ölkə başçısı müsahibəsində eləcə də Azərbaycan-İtaliya münasibətlərinə dair fikirlərini bildirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətləri sırasındadır. Bu gün İtaliya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işində də fəal iştirak edir.  Bütün bunlar Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir.


Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir.  Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. 

 Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Ölkəmizdə azad internet var və senzura mövcud deyil. Azərbaycanda  bütün insan hüquqları qorunur. 


Prezident İlham Əliyevin müsahibəsi əsnasında səsləndirdiyi fikirlər, verdiyi mesajlar regionda gedən proseslər haqqında müfəssəl məlumat almaq baxımından etibarlı mənbə qismində çıxış edir. 

  Mehnurə İsmayılova

 “Tərəqqi” medalı ilə təltif olunmuş 

 Aşağı Tala 1 nömrəli tam ortaməktəbin direktoru




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə səmimi söhbəti - VİDEO

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb

Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Prezident İlham Əliyev Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

İlham Əliyev yeni xarici işlər naziri təyin etdi

İlham Əliyev yeni xarici işlər naziri təyin etdi

İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında - YENİLƏNİB

İlham Əliyev Füzuli rayonuna getdi (VİDEO)

İlham Əliyev Füzuli rayonuna getdi (VİDEO)

Prezident İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi

Prezident İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

İlham Əliyev Fikrət Qocanı təbrik etdi

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarix İnstitutunun direktoru erməni akademikə cavab verib

Tarix İnstitutunun direktoru erməni akademikə cavab verib

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü