AzTehsil.com


Xəbərlər
27 aprel 2017
2 746


ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi



ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

 

Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə «QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri” adlı maarifləndirici seminar keçirilib.
 
 
Seminarda iştirak edən Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Cavid Cahangirli tələbələrə QİÇS/HİV xəstəliyi haqqında ətraflı məlumat verib. C.Cahangirli xəstəliyin XXI əsrdə bəşəriyyətin bəlasına çevrildiyini və bu virusun insanın qanına düşəcəyi halda çox acı nəticələrə səbəb olacağını qeyd edib. Daha sonra o HİV və QİÇS-in nədən yarandığı, bir insandan digərinə necə keçdiyi və bundan qorunma yolları ilə bağlı geniş məlumatla çıxış edib. Qeyd edilib ki, xəstəliyin profilaktikasında narkotik vasitələri qəbul etməmək, tibb müəssisələrində birdəfəlik şprislərdən və steril alətlərdən istifadə etməmək, qanla təmasda olan alətləri dərhal qaynatmaqla dezinfeksiya etmək, yoxlanmamış donor qanından istifadə etməmək, şübhəli əlaqələrdən çəkinmək, stomatoloqa gedərkən, ülgücdən istifadə edərkən və manikür vaxtı alətlərin sterilliyinə nəzarət etmək zəruridir.
 
Tədbirdə iştirak edən ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev QİÇS xəstəliyinin aktual xarakter daşıdığını və dünyada hər il minlərlə insanın QİÇS kimi qorxulu xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Tələbələrə bu kimi xəstəliklərdən uzaq olmağı və təhsillə yanaşı sağlamlıqlarını da diqqətdə saxlamağı tövsiyyə edib.
 
Tədbirin sonunda istəkdən asılı olaraq tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib.
 
moderator.az



Загрузка...