Məktəblilərin qış tətilinin günləri AÇIQLANDI
Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 dekabr 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.
Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 dekabr tarixləridir:
“Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 dekabr tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 dekabr qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 dekabr qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 dekabr tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 dekabr qış tətilidir”.
Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.

Məktəblilərin payız və qış tətili olmayacaq

Sabah ibtidai siniflərin payız tətili başlayır

Təhsil Nazirliyi payız tətili ilə bağlı məsələyə aydınlıq gətirib

Baş nazirdən əyani tədrislə bağlı QƏRAR

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb

Məktəblərdə tətil günlərinə dəyişiklik edildi

Təhsil Nazirliyi: Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib

Məktəblilərin payız tətilinin vaxtı açıqlandı

2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Məktəblilərin qış tətili başlayır

Növbəti tədris ili üçün tətil günləri açıqlanıb

Sabahdan məktəblilərin payız tətili başlanır

Sabahdan universitetlər açılır

Şagirdlərin qış tətili ilə bağlı nazirlikdən açıqlama

Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT

Payız tətili ilə bağlı AÇIQLAMA – RƏSMİ

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Məktəblilərin payız tətili başlayıb

Sabahdan məktəblilərin payız tətili başlayır

Qış tətili başa çatır

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Naziri əmr imzaladı: Növbəti tədris ilinin tətil günləri açıqlandı

Azərbaycan məktəblərində 5 günlük qış tətili başlayıb