BŞTİ rəhbərliyi təltif olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi (DAİM) tərəfindən təltif olunub.
2021-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva və İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qızıl Buta” mükafatına layiq görülüblər.
“DAİM” Mərkəzinin sədri Zaur Mirzəzadə mükafatı təqdim edərək təbriklərini çatdırıb, BŞTİ-nin fəaliyyətinin və həyata keçirilən sistemli tədbirlərin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib.