AzTehsil.com


Xəbərlər
27 aprel 2017
2 768


ADU-da akademik heyət üçün seminar keçirilib



ADU-da akademik heyət üçün seminar keçirilib

 

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) "Öyrənmə nəticələri, sillabus tərtibatı və qiymətləndirmə” mövzusunda seminar təşkil olunub.
 
Aztehsil.com modern.az-a istinadən  xəbər verir ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tərəfindən aparılan seminar ADU-nun akademik heyəti üçün nəzərdə tutulub.
 
J.Qəribova nümunələr əsasında təlimin nəticələri və onun qiymətləndirmə ilə bağlılığı, qiymətləndirmənin meyarları, dilin tədrisi, dil vərdişlərinin qiymətləndirilməsi, dil tədrisində təlim tapşırığının növləri haqqında məlumat verib. Təlimin nəticələrinin bu proqramın və ya modulun konkret məqsədlərini özündə ehtiva etdiyini bildirən dosent tələbələrin kursun sonunda sərbəst şəkildə fakt və məlumat əldə edəcəyini, özlərinin və digərlərinin araşdırmalarına tənqidi yanaşa biləcəyini diqqətə çatdırıb. O, öyrənmə situasiyasının təhlil olunması məsələsinə toxunub, sillabusda qoyulan tələblərin aydın şərh olunmasının vacibliyini vurğulayıb. J.Qəribova ABŞ universitetlərində qiymətləndirmə nümunələrindən söz açıb, Avropa Şurasının dillərin öyrənilməsinə yönəlmiş fəlsəfəsi barədə danışıb.



Загрузка...