Nazir: “Təəssüf ki, bir çox hallarda məktəblərdə inzibatçılıq, təsərrüfatçılıq pedaqoji fəaliyyəti üstələyir”
“Məktəb rəhbərliyindən çox şey asılıdır. Səriştəli kadrların tapılıb məktəblərə rəhbər təyin edilməsi ən prioritet məsələlərdən biridir”.
Nazir bildirib ki, son illər yüzlərlə məktəb direktoru şəffaf şəkildə müsabiqə və müsahibələrdən keçərək təyinat alıblar: “Mənim anlayışımda məktəb rəhbərliyi ilk növbədə pedaqoji lider olmalıdır. Yəni şagirdlərin öyrənməsini təmin etməlidir. Məktəb direktorunun gün sonunda özünə verdiyi sual bu olmalıdır: – bu gün nə qədər öyrənmə baş verdi”.
O qeyd edib ki, hər zaman şəffaflıq və səmərəlilik arasında seçim edilməlidir: “Hazırda keçirilən test imtahanları və ya bu formatda direktorların işə qəbulu müəyyən mənada şəffaflığı təmin edib. Lakin həqiqətən də lazım olan pedaqoji dəyərlərin, səriştələrin bu üsulla təyin etmək mümkün olmur. Dünyada qəbul olunan metodologiya bundan ibarətdir ki, biz daha çox müsahibələr əsasında insanları işə qəbul edək. O zaman digər problemimiz yaranır: – şəffaflıq, inam, etibar və s. Bu səbəbdən yəqin ki, balanslaşdırılmış bir yol tapmalıyıq”.
E.Əmrullayev vurğulayıb ki, məktəb inspektorları ilə bağlı ilkin nəticələrin maraqlı məqamları var: “Təəssüf ki, bir çox hallarda Azərbaycan məktəbində inzibatçılıq, təsərrüfatçılıq, yaxud hansısa texniki logistik işlər pedaqoji fəaliyyəti üstələyir. Bunu qınamaq üçün yox, sadəcə həqiqəti təsvir etmək üçün deyirəm. Məktəb rəhbərinin fokus olunmalı olduğu məsələ öyrənmədir. Ona görə də şagirdlərin nə qədər öyrənməsi daha çox müzakirə olunmalıdır”.Report
Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi
Məktəb direktorunun inzibatçılıq və təşkilatçılıq funksiyaları
Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər
Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?
Direktorların işə qəbulu üzrə test imtahanları keçirilir
Elşən Qafarov məktəb direktorlarına çağırış etdi
Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA
Müəllimlər niyə direktor olmaq istəmir? – “Elə şərtlər qoyulub ki…“
Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur
4200-dən çox namizəd məktəb direktoru olmaq üçün müraciət edib
Ekspert:"Kollektivdaxili münasibətlər, mütəmadi müzakirə olunan mövzulardandır"
Müəllimlərin pedaqoji fəaliyyəti bunlara əsasən qiymətləndiriləcək - Nazirlik açıqladı
Elşən Qafarov :Təhsil naziri insanları təşvişə salacaq elə bir söz deməyib.
Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI
Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır
Sədr müavini - İmtahan varsa, müsahibə nə deməkdir?
Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər
Niyazi Şərifsoy: “Elə direktorlar var ki, onlardan nəinki məktəb rəhbəri, heç sinif rəhbəri də olmaz”
Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..
Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək-Son bir neçə gün
Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?
300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı
MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ VERİLƏN TƏLƏBLƏR
Direktorların işə qəbul müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti var? - Cavab