AzTehsil.com


Xəbərlər
27 aprel 2017
4 833


"Markerlərə verilən ödəniş mənə çox az göründü"



"Markerlərə verilən ödəniş mənə çox az göründü"

 

Aztehsil.com xəbər verir ki, bir sıra təhsil ekspertləri DİM-in buraxılış imtahındakı yazı işlərinin yoxlanılmasını izləyib. Yoxlamanı izləyən Osman Gündüz yoxlama zamanı gördüklərini öz feysbuk profilində bölüşüb.
"Bu gün DİM-də buraxılış imtahanlarındakı yazı işlərinin yoxlanılması prosesini izlədik. Tamamilə yeni yanaşmalar, yeni texnologiyalar tətbiq olunur. Bütün yazı işləri skanerdən keçirilib və hər bir sual üzrə ayrıca kodlaşdırılıb.
Qabaqcadan qiymətləndirmə meyarları hazırlanıb, hər bir sualın qabaqcadan düzgün cavablarının müzakirəsi keçirilib və düzgün cavablar üzrə təxmini etalonlar müəyyən olunub. 
Qiymətləndirmə 3 ballıq sistemlə aparılır.
Bu etalonlar və meyarlar üzrə qiymətləndirməni həyata keçirmək üçün müəllimlər – markerlər hazırlayıblar. 
Konkret bir sualın seçilməsi və yoxlanılması üçün markerlərin seçilməsi prosesini proqram təminatı random prinsipi ilə həyata keçirir.
Bu qiymətləndirmədə hətta 1 ballıq fərq olarsa proqram təminatı bu sualı avtomatik 3-cü bir markerə də yönləndirir.
Proqram təminatını da özləri yazıblar. 
Köhnə İT qvardiyadan olan Oleq proqram təminatının indiyədək normal işlədiyini bildirdi.
Hər bir sualın qiymətləndirilməsi üçün markerlərə bəlli bir ödəniş edilir. Bir marker gündə təxminəın 300 - 500 arasında sual yoxlaya bilir.
Amma ödənişin məbləği mənə nədənsə çox az görsəndi.
Görünən budur ki, DİM-in komandası yeni təhsil proqramına söykənən imtahanların yeni metodlar və yeni texnologiyalar əsasında təşkilinə və qiymətləndirilməsinə kifayət qədər ciddi yanaşır".



Загрузка...