Xəbərlər / D.Qulluğu
15 dekabr 2021
1 749


Dekabrın 19-da dövlət qulluğunda vəzifə qrupları üzrə test imtahanı keçiriləcək


İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 19-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçiriləcək.


COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.


İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


· şəxsiyyəti təsdiq edən sənədin əsli;


· “İmtahana buraxılış vərəqəsi”;


· “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə


bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).


İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 471, BB qrupu üzrə 1432 olmaqla, ümumilikdə 1903 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 177 nəzarətçi-müəllim, 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

Məmur olmaq istəyənlərin nəzərinə – imtahan keçiriləcək

Məmur olmaq istəyənlərin nəzərinə – imtahan keçiriləcək

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib

Sabah Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək

Sabah Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatıb

Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları təşkil edilib

Doktorantura və dissertanturaya xarici dil üzrə elektron sınaq imtahanları təşkil edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

DİM-də sabah  imtahan keçiriləcək

DİM-də sabah imtahan keçiriləcək

DİM: 19 nəfər TOEFL iBT imtahanı verib

DİM: 19 nəfər TOEFL iBT imtahanı verib

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Avqustun 11-də növbəti imtahanlar keçiriləcək

Avqustun 11-də növbəti imtahanlar keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçirilir

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

DİM-də GRE: General Test imtahanı keçiriləcək

DİM-də GRE: General Test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI