AzTehsil.com


Xəbərlər
26 aprel 2017
3 947


Qəbul imtahanlarında hansı müəllimlərin daha çox qayda pozuntusuna yol verdiyi açıqlanıb



Qəbul imtahanlarında hansı müəllimlərin daha çox qayda pozuntusuna yol verdiyi açıqlanıb

 

"Təhlil göstərir ki, ana dili və ədəbiyyat, idman, texnologiya, ibtidai təhsil və ingilis dili müəllimləri (nəzarətçi-müəllimlər) riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya müəllimlərinə nisbətən qəbul imtahanlarında qayda pozuntusuna daha çox yol verirlər”. Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında öz əksini tapıb.
 
"2011-2016-cı ilər ərzində idman, texnologiya, ibtidai sinif müəllimlərinin yol verdiyi qayda pozuntularında azalma müşahidə edilməkdədir. Bu azalmaya səbəb son illərdə bu ixtisaslar üzər müəllimlərin bazaya əlavə edilməməsi, qayda pozuntusuna yol verənlərin prosesdən uzaqlaşdırılması və yalnız təcrübəli, bacarıqlı müəllimlərin imtahanlara cəlb olunmasıdır”, - deyə bildirilib.



Загрузка...