AzTehsil.com


Xəbərlər / Müəllim / Kitabxanaçı
03 dekabr 2021
2 221


Güc bilikdədir, yaxud kitab oxumaq nəyə lazımdır?




İnsan doğulandan bilməyə can atır və müəmmalardan qaçır... Bu, fitri bir hissdir. İnsan böyüdükcə məlumatlanır, məlumatlandıqca da böyüyür.


Alman filosofu İmmanuel Kantın bir sözü var: “Bilmək – irəlini görmək, irəlini görmək – güclü olmaqdır”. Deməli, güc təkcə birlikdə yox, ilk öncə BİLİKdədir.


Uca Allah da Qurani-Kərimdə dəfələrlə elmin əhəmiyyətini vurğulayır: “Bilənlərlə bilməyənlər eyni ola bilərmi?..”(Zumər surəsi, ayə 9)


Deməli, insanın dəyəri əldə etdiyi biliklər və onlara əməl etməklə ölçülür. Məlum məsələdir ki, biliyin ən gözəl mənbəyi kitablardır. Hər hansı sahədə məlumat əldə etmək üçün oxumaq lazımdır. Oxumağın əhəmiyyəti o qədər böyükdür ki, sonuncu səmavi kitab olan Quranı belə, Allah “OXU!” kəlməsiylə nazil etməyə başlayıb. Amma görəsən, biz oxumağa nə qədər əhəmiyyət veririk?...


Niyə məhz kitab?


Kompüter və texnologiya əsrində bir çoxlarımız ədəbiyyatdan uzaq düşmüşük. Artıq yaşlı nəsil məlumatları televizordan, gənclər isə internetdən alır və bunun tam kifayət etdiyini düşünürlər. Lakin kitab oxumağın daha faydalı olmasını dərk etmək üçün bir neçə məsələni vurğulamaq yəqin ki, bəs edər.


Əvvəla, fiziki baxımdan televizor, kompüter, telefon və digər cihazlar insan bədəninə mənfi təsir edən şualar buraxır. Bu isə insanın dincəlib rahatlıq tapmaq əvəzinə, daha da yorulmasına səbəb olur. Bəlkə də cəmiyyətdə yayılan xroniki yorğunluğun səbəblərindən biri də bizim virtuallaşmağımızdır.


Digər tərəfdən, televizor və sosial şəbəkələrdə verilən məlumatlarla insanlara səhv ideologiya və düşüncələr təlqin oluna bilər. Onları araşdırmaq üçün isə ya mütəxəssilərə müraciət etmək lazımdır, ya da yenə də kitablara. Bundan əlavə, məsələn, televizordakı məlumatlar məhduddur və onları sən seçmirsən, kimsə seçib sənin beyninə yeridir. Oxuduğun kitabları seçmək isə öz əlindədir. Zamanəmizdə istədiyin sahəyə dair istədiyin ədəbiyyatı tapmaq mümkündür.


Habelə, kompüter və televizordan fərqli olaraq, həcmi daha az olan kitabı insan özüylə gəzdirə və boş vaxt tapan kimi oxuya bilər.


 


Kitab oxumağı necə sevək?


 


Bəziləri deyə bilər ki, bura kimi anladıq, bilirik ki, oxumaq çox yaxşı şeydir, amma biz bacarmırıq. Kimsə bunun darıxdırıcı olduğunu, kimsə buna vaxt tapmadığını bəhanə edə bilər.


Lakin bir şeyi sevmək üçün o şeyin faydalarını və gözəlliyini bilmək bəzən bəs edir.


Bəzən isə sadəcə, başlamaq lazımdır. Düzgün başlanğıc çox mühümdür. Hansısa məşhur əsərdən yalnız “MƏŞHUR” olduğu üçün başlamaq bir ömür oxumağa nifrət etməyə səbəb ola bilər. Və əksinə, maraqlı bir kitab insanı ədəbiyyat aşiqinə çevirməyə qadirdir. Ona görə də kitabları kiminsə yox, öz maraq dairənizə uyğun seçin.


Vaxt tapmamaq isə sadəcə bəhanədir. Bir çoxları oxuduğu kitabları avtobus və metrolarda, dayanacaqlarda, növbələrdə oxuyur. Evdar xanımar isə uşaqlarını yatırdarkən, yaxud seriallara baxmaq əvəzinə, mütaliə edə bilər. Oxumağı adətə çevirmək üçün günə bir səhifə də oxumaq kifayətdir. Bir sözlə, istək olsa, insan vaxt tapar, istək olmasa – bəhanə.


 

Kitab oxumağın faydaları


 

Dedik ki, bir şeyi sevmək üçün onun müsbət tərəflərini bilmək lazımdır. Sizi yormamaq üçün kitab oxumağın faydalarından cəmi onunu qeyd edək:


1. İnsanın söz ehtiyatı artır.


2. İnsan başqalarıyla daha rahat ünsiyyət qura, fikirlərini daha dolğun ifadə edə bilir.


3. Stress və gərginlik azalır. İnsanın beyni dincəlir.


4. Mütaliə beyin hüceyrələrini cavanlaşdırdığı üçün qocalmanı gecikdirir.


5. Yuxusu pozulan insanlar üçün də faydalıdır. Yatmadan öncə kitab oxumaq yuxu gətirə bilər. Uşaqlara belə, nağıllar oxunduqda daha tez yuxuya gedirlər.


6. Kitab oxumaq yaddaşın güclənməsinə də təsir edir.


7. Tez-tez diqqəti yayınan insanlarda təmərküzləşməni yaxşılaşdıra bilər.


8. Alzheimer xəstəliyindən qoruyur.


9. İnsan bilik əldə etdikcə, özünə inamı da artır. Hər hansı bir sahədə işləmək istəyən kəs öncədən o sahədə bir neçə kitab oxumuş olsa, daha çox uğur əldə edə bilər.


10. İnsanda kreativlik artır, yeni ideyalar yaranır. Bəzən də sıxıcı problemlərdən çıxış yolunu kitablar öyrədir.


 


Düzgün ədəbiyyat seçimi


 


Kitab ruhun qidasıdır. Yediklərimizə fikir verməli olduğumuz kimi, oxuduqlarımıza da fikir verməliyik. Qızıldan dəyərli vaxtımızı nəyə sərf etdiyimizə diqqət edək və faydalı ədəbiyyata üz tutaq ki, sağlam düşüncəyə malik olaq. Bəzi qidalar bədəni zəhərləyir, bəzi kitablar isə ruhu. Beyinin zəhərlənməsi isə cismin zəhərlənməsindən daha təhlükəlidir. Bir xəstə ruh bir cəmiyyəti korlaya bilər. Məsələn, kütləvi intiharlara işarə edən “Verter effekti”.


Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə, dahi alman yazıçısı Yohann Volfqanq Hötenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Məhz bu fenomenin güclü səviyyəyə çatması ilə bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir.


Digər tərəfdən, tarixdə bir çox insanların həyatı cəmi bir kitabla dəyişib. Bəzən hətta bir cümlə belə insana təkan verib, həyatında müsbətə doğru çevriliş edə bilər. Necə deyərlər, insan hər şeyi, kitab isə insanı dəyişir. Həyatımız baxışlarımızdan və düşüncələrimizdən birbaşa asılıdır. Hər şey beyindən başlayır.


Unutmayaq ki, bizə ayrılan zaman çox qısadı. Vaxtımızı hədərə vermədən, düşüncələrimizi sağlam “qidalarla” bəsləyək və doğru bildiklərimizə əməl edək ki, həyatımızdan zövq alaraq, bərəkətli ömür yaşayaq... (Islaminsesi.info)




Загрузка...
Həmçinin oxuyun:
Kitab Oxumağın Faydaları

Kitab Oxumağın Faydaları

Abituriyentlər üçün fizika vəsaitində Qurani Kərimdən ayə - Fiziki qanun "Zariyyat" surəsi ilə müqayisə olundu

Abituriyentlər üçün fizika vəsaitində Qurani Kərimdən ayə - Fiziki qanun "Zariyyat" surəsi ilə müqayisə olundu

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab Oxumayan Qalmasın!

Kitab Oxumayan Qalmasın!

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Kitab oxuyun nəticəni 6 dəqiqədən sonra hiss edəcəksiniz

Kitab oxuyun nəticəni 6 dəqiqədən sonra hiss edəcəksiniz

“Allah” sözünü kiçiklə yazaq? - SORĞU

“Allah” sözünü kiçiklə yazaq? - SORĞU

Necə tələbkar oxucu ola bilərik ?

Necə tələbkar oxucu ola bilərik ?

Uğur qazanmağın yolları

Uğur qazanmağın yolları

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

Sürətli Oxunun Beyinə olan Faydaları

Sürətli Oxunun Beyinə olan Faydaları

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Çox kitab oxuyan insanlar hansı xüsusiyyətlərə malik olur?

Çox kitab oxuyan insanlar hansı xüsusiyyətlərə malik olur?

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Şagirdlərin düzgün tədrisini necə təşkil edək?-Valideynlər üçün

Şagirdlərin düzgün tədrisini necə təşkil edək?-Valideynlər üçün

Varlanmaq istəyənlər üçün 10 kitab

Varlanmaq istəyənlər üçün 10 kitab

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir