Xəbərlər / Müəllim
03 dekabr 2021

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı


Ağstafada bıçaqlanma hadisəsi baş verib.


APA bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.


2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.


O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.


Faktla bağlı araşdırmalara başlanıb.



Загрузка...
loading...