Bakıda məktəbli qız dəm qazından BOĞULDU
Bakıda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 29-da paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə qeydə alınıb. 13 yaşlı Həsənli Fatimə Ramin qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Onun 8-ci sinif şagirdi olduğu bildirilir.
Hazırda faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.