Rusiyada uşaqların koronavirusa qarşı burun peyvəndi ilə vaksinasiyının nəticələri açıqlandı
Azyaşlı uşaqlar da koronavirus infeksiyasına qarşı nazal peyvəndi (burundan) ilə vaksinasiyadan keçiblər, heç bir mənfi nəticə olmayıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq bildirib.
Onun sözlərinə görə, o da eyni preparatdan istifadə edib.
“Təbii ki, peyvənd vurdurmuşam. Tək mən yox. İşilərimizin kiçik uşaqları, hətta 6 yaşlıları da peyvənd olunub və onların heç bir mənfi nəticəsi olmayıb. Qonşularımın azyaşlı uşaqları da peyvənd olunub. Bütün normal insanlar övladlarını qorumaq istəyir”, – deyə Qunzburq bildirib.
Mənbə: RİA Novosti