AzTehsil.com


Xəbərlər / Saglam həyat
27 noyabr 2021
987


Payız aylarında orqanizmdə ciddi dəyişikliklər baş verdiyinə görə...




Yeni növ koronavirus (COVID-19) infeksiyasının yoluxma sayındakı artım dinamikası son günlərin müzakirə olunan yeganə və əsas mövzusudur.


Böyük Britaniyanın 68 faizi, Hollandiyanın 72 faizi, Almaniyanın 67 faizi, İsrail əhalisinin isə 63 faizi iki doza vaksin alıb. Hətta bəzi yerlərdə vətəndaşlar "buster" adlanan 3-cü, o cümlədən 4-cü dozanı belə vurdurublar. Yəni, həmin ölkələrdə koronavirusa yoluxma "həndəsi silsilə" ilə artır. Bundan başqa, Avstriya, Hollandiya, Çexiya, eləcə də bir çox digər Avropa ölkələri sərt karantin tədbirlərinə yenidən əl atıb. COVID-19 məlum olan virus infeksiyaları arasında ağır və arzuolunmaz proqnozu olanlardan biridir, lakin virus cəmiyyətdə ümidsizlik yaratmamalıdır.


Bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.


Professor bildirib ki, xronofarmakoloji qanunauyğunluğa görə, virus infeksiyasının aktiv yoluxdurma və "pik letallıq" dövrü ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz: "Bu müddətdə makro və mikroorqanizmlərdə simbiozluğa xidmət edən bazal dəyişikliklər baş verir. Ona görə də COVID-19 infeksiyası növbəti illərdə yalnız lokal şəkildə müşahidə oluna bilər. Payız və yaz fəslində orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri baş verdiyinə görə, virus infeksiyaların kəskin artımı müşahidə olunmalıdır. Bu, qanunauyğunluqdur. Uzunmüddətli ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, makro və mikro orqanizmlər arasında "yadlaşma" və birgə yaşayışa "əks müqavimət" halı yaranır. Ona görə, pandemiyadan əvvəlki illərlə müqayisədə hazırda digər virus infeksiyalarına, o cümlədən koronavirusa yoluxmada müşahidə olunan dinamik artım qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Bu hal növbəti aylarda aradan qalxacaq və əvvəlki illərdə olan "nisbi tarazlıq" bərpa olunacaq".


M.Qəniyev, həmçinin qeyd edib ki, COVID-19-a yoluxaraq sağalanlarda əmələ gələn təbii immunitet anticisimlərin identik quruluşuna görə, peyvənddən sonra formalaşan immunitetdən əsaslı fərqlənmir, lakin daha dözümlü, daha spesifik, daha fəal olur və orqanizmdə daha uzun müddət qala bilir./azertag.az




Загрузка...
Həmçinin oxuyun:
TƏBİB-in şöbə müdiri: Yaşlı insanlar və tibb işçilərinə 3-cü doza vaksin vurdurması məsləhətdir

TƏBİB-in şöbə müdiri: Yaşlı insanlar və tibb işçilərinə 3-cü doza vaksin vurdurması məsləhətdir

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - MÜSAHİBƏ

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - MÜSAHİBƏ

Azərbaycanlı alim: Koronavirusun Delta variantı deyildiyi qədər ölümcül deyil

Azərbaycanlı alim: Koronavirusun Delta variantı deyildiyi qədər ölümcül deyil

Nə üçün 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMA

Nə üçün 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMA

Uzun müddət maska taxmaq beyinə zərər verir - Həkimdən HƏYƏCAN TƏBİLİ

Uzun müddət maska taxmaq beyinə zərər verir - Həkimdən HƏYƏCAN TƏBİLİ

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Çinli alim: “Koronavirus -20 dərəcədə 20 il qala bilir”

Çinli alim: “Koronavirus -20 dərəcədə 20 il qala bilir”

İnsanları öldürən COVID-19 deyil - Professordan maraqlı AÇIQLAMA

İnsanları öldürən COVID-19 deyil - Professordan maraqlı AÇIQLAMA

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

Azərbaycanda və dünyada yoluxma niyə artır?

Azərbaycanda və dünyada yoluxma niyə artır?

Yoluxma artır: Nazirlər Kabinetidən yeni QƏRARLAR…

Yoluxma artır: Nazirlər Kabinetidən yeni QƏRARLAR…

Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

Koronavirusa yoluxma nə üçün kişilər arasında daha ağır keçir – professor şərh edir

Koronavirusa yoluxma nə üçün kişilər arasında daha ağır keçir – professor şərh edir

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA

Karantin yenə sərtləşdirilə bilər? - AÇIQLAMA