Xəbərlər
25 aprel 2017
4 929


Sabirabadda sınaq imtahanı təşkil olunub

Sabirabadda sınaq imtahanı təşkil olunub

 

Sabirabad Rayon Təhsil Şöbəsi buraxılış imtahanlarına hazırlıq məqsədi ilə rayon ümumitəhsil məktəblərinin IX sinif şagirdləri üçün sınaq imtahanı təşkil edib.
 
İmtahan ucqar kəndlərin şəhər mərkəzindən 70 km və daha uzaq məsafədə olmasını nəzərə alaraq 7 mərkəzdə-şəhər 2 nömrəli, 5 nömrəli, 6 nömrəli tam orta, Qarağac kənd, Moranlı kənd, Çiçəkli kənd və Şıxsalahlı kənd tam orta məktəblərdə  keçirilib. Ümumilikdə sınaq imtahanında 1399 şagird iştirak edib.
 

Sabirabadda sınaq imtahanı təşkil olunub

 

Sınaq imtahanın əvvəlində Təhsil Şöbəsini əməkdaşları nəzarətçi və şagirdlərə imtahanın qaydaları haqqında ümumi məlumat veriblər. İmtahana təyin edilmiş nəzarətçilər fiziki tərbiyə müəllimlərində seçilib. Daha sonra Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən orta təhsil (9 illik) səviyyəsində aparılacaq buraxılış imtahanlarında bu il edilən dəyişikliklərlə bağlı nümunəyə uyğun olaraq tərtib olunmuş suallar şagirdlərə təqdim olunub.
 

Sabirabadda sınaq imtahanı təşkil olunub

 

Sonda şagirdlərin imtahan qaydaları ilə bağlı sualları cavablandırılıb.

 

Xalid Nəciyev(Saatlı-Sabirabad təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)

Məqalə Göndər








Загрузка...