Nənələr nə üçün nəvələrini övladlarından çox sevirlər? - ARAŞDIRMA
Belə bir fikir var ki, nənələr nəvələrini övladlarından çox sevirlər. Emori Universitetinin amerikalı alimləri bu tezisin elmi əsaslara malik olduğunu sübut ediblər.
Araşdırmalarının nəticələri "Proceedings of the Royal Society B: Biological Sciences"jurnalında dərc olunub.
3-13 yaş arasında ən azı bir nəvəsi olan 50 qadının iştirak ilə eksperiment aparılıb. Alimlər tədqiqat iştirakçılarından nəvələrinin, uşaqlarının fotolarına və yad adamların şəkillərinə baxmağı xahiş ediblər. Paralel olaraq tədqiqatçılar MRT vasitəsilə nənələrin beyinlərinin işini izləyiblər.
Məlum olub ki, uşaq və nəvə fotoları nənələrin başında müxtəlif reaksiyalara səbəb olur.
Nəvələrin fotoları beynin emosional empatiya ilə əlaqəli sahələrini, uşaqların şəkilləri isə idrakı aktivləşdirir.
Belə çıxır ki, nənələrin nəvə hissləri sözün əsl mənasında "özlərindən" keçir, uşaqların hissləri isə ağılla başa düşülür.
Emosional empatiya ilə insan digəri kimi hiss edə bilir, koqnitiv empatiya ilə isə insan öz hisslərini başa düşə və onların səbəblərindən xəbərdar ola bilir. Yəni nəvələr sevinəndə nənələr də sevinc yaşayır və s. Üstəlik, alimlərin fikrincə, bu, daha dərin emosional əlaqə yaratmağa imkan verən ilk empatiya növüdür.
Alimlər eyni təcrübəni babalarla da etməyi planlaşdırırlar.Publika.az