Sabah ibtidai siniflərin payız tətili başlayır
Sabah ibtidai siniflərin 2021-2022-ci tədris ili üzrə payız tətili başlayır. Payız tətili noyabrın 22-dək davam edəcək.
Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.
Qərara əsasən, 2021-2022-ci tədris ilində ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində dərslər oktyabrın 1-dən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə isə sentyabrın 29-dan başlayıb.
Tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləridir.
Xatırladaq ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmrinin 7 nömrəli əlavəsində məktəblilərin payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunmuşdu.
Qeyd edək ki, 2021-ci il noyabrın 20-si həftənin şənbə gününə, 2022-ci il yanvarın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir.
Məktəblilərin payız və qış tətili olmayacaq
Baş nazirdən əyani tədrislə bağlı QƏRAR
Sabahdan universitetlər açılır
Məktəblərdə tətil günlərinə dəyişiklik edildi
Təhsil Nazirliyi payız tətili ilə bağlı məsələyə aydınlıq gətirib
Nazirlər Kabineti məktəblərdə tətil günlərinin vaxtını dəyişdirib -RƏSMİ
Məktəblərdə payız tətili başlayır
Sabahdan məktəblilərin payız tətili başlayır
İbtidai siniflər üçün beş günlük yaz tətili başladı
Növbəti tədris ili üçün tətil günləri açıqlanıb
Beş gün dərs olmayacaq
İbtidai siniflər üçün əlavə yaz tətili başlayır
Gələn həftə 5 gün dərs olmayacaq
Payız tətili ilə bağlı AÇIQLAMA – RƏSMİ
Məktəblilərin payız tətili başlayıb
Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlanacaq
Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
Bu gün məktəblilərin payız tətili başa çatır
Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ
Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT
2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Dərslər bu tarixdə başlayacaq
Məktəblərdə tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək