Bu universitetdə maaşlar 20 faiz artırıldı
Zəfər bayramı ərəfəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.
Rektorun əmrinə əsasən, noyabrın 1-dən professor-müəllim heyətinin və əməkdaşların maddi rifah halının yaxşılaşdırılması üçün əmək haqları orta hesabla 20 faiz qaldırılıb.