AzTehsil.com


Xəbərlər
25 aprel 2017
3 859


Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir



Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

 

Zaqatala rayon ümumtəhsil məktəblərində mülki müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir. Tədbirlərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları,  Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Mülki Müdafiə şöbəsinin nümayəndələri, məktəblərin müəllim kollektivi və şagirdlər iştirak edirlər.
 
Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə tədbirlərin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır.
 
Tədbirlər zamanı mülki müdafiəyə məsul şəxslərin çıxışlarından sonra məktəblərdə süni partlayış və ya yanğın hadisələri təşkil olunur və həyəcan siqnalı verilir. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəb binasından təxliyyə olunur və şərti xilasetmə əməliyyatları başlanılır.
 
Tədbir çərçivəsində, həmçinin siniflərdə maarifləndirici "Açıq dərs”lər də keçirilir. Dərslərdə şagirdlər fövqəladə hallarla bağlı biliklərini və ilkin tibbi yardım bacarıqlarını nümayiş etdirirlər.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...