AzTehsil.com


Xəbərlər / Müəllim
06 noyabr 2021
1 160


Şagirdlərin öyrənmə ehtiyaclarına uyğun məşğələlərə başlanılıb




Təhsil İnstitutu Təhsil Nazirliyi və UNICEF ilə birgə oktyabr ayından başlayaraq Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonlarında "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi çərçivəsində məşğələlərə start verib.

İnstitutdan  bildirilib ki, II-VIII sinif şagirdlərinin cəlb olunduğu məşğələlərdə şagirdlər yaş/sinif səviyyəsi, tədris dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyacları nəzərə alınmaqla qruplaşdırılır. Tədris dili və riyaziyyat fənlərinə yönəlmiş məşğələlər şagirdlərdə funksional savadlılığın formalaşdırılmasına, onlarda oxuyub-anlama, yazı, hesablama vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Hər qrupda 10 şagirddən çox olmamaqla onların öyrənmə ehtiyaclarına uyğun 18 saatlıq məşğələlər təşkil olunur. Şagirdlərin seçimində sağlamlıq imkanları məhdud olan uşaqlar nəzərə alınır və bu uşaqların layihəyə cəlb olunmasına üstünlük verilir. Həmçinin qruplarda gender bərabərliyi gözlənilir. Hazırda layihə üzrə 6 bölgənin 11 məktəbində ümumilikdə 505 şagirdə öyrənmə ehtiyaclarına uyğun məşğələlər keçirilir.

Məşğələdən öncə şagirdlərin bilik və bacarıqlarındakı boşluqlar müəyyən edilir və onların tədris maraqlarını ölçən sorğular aparılır. Məşğələlər tam bitdikdən sonra təkrar aparılan sorğularla nəticələr təhlil olunur, şagirdlərin öyrənməsindəki inkişaf dinamikası müəyyənləşdirilir. Bu, hər bir şagird haqqında təfsilatlı məlumat əldə etməyə və layihənin faydasını qiymətləndirməyə imkan yaradır.

Layihə 2022-ci ilin may ayının sonuna kimi davam edəcək.




Загрузка...
Həmçinin oxuyun:
Təlim nəticələri zəif olan 18 məktəbdə şagirdlərin öyrənmə ehtiyacları müəyyənləşdiriləcək

Təlim nəticələri zəif olan 18 məktəbdə şagirdlərin öyrənmə ehtiyacları müəyyənləşdiriləcək

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

“Peşəkar ol” layihəsi üzrə seminarlara start verilib

“Peşəkar ol” layihəsi üzrə seminarlara start verilib

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

Petra layihəsinin davamlılığı mövzusunda onlayn görüş

Petra layihəsinin davamlılığı mövzusunda onlayn görüş

PETRA layihəsinin davamlılığı mövzusunda onlayn görüş

PETRA layihəsinin davamlılığı mövzusunda onlayn görüş

“Virtual məktəb”də vebinar: Asan öyrənmə üsulları

“Virtual məktəb”də vebinar: Asan öyrənmə üsulları

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir

Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir

“Yay məktəbi”nə hazırlıq davam edir

“Yay məktəbi”nə hazırlıq davam edir

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!